Saatlıda əcaib seçki mənzərəsi... - Nə qanun bilirlər, nə də qayda...
62 saylı Saatlı seçki dairəsindən bəzi deputatlığa namizədlərin qeyri-qanuni hərəkətləri barədə redaksiyamıza yeni–yeni faktlar daxil olmaqdadır.
Rayon sakinləri keçən beş çağırış dövründə rayonla heç bir əlaqəsi olmayan şəxslərin yenidən deputat təyin edilməsinə və əvvəlki qanusuzluqların hazırki seçkilərdə də təkrar olunmasına cəhdləri qətiyyətlə pisləyirlər. Onlar seçki təbliğatına qanunsuz müdaxilələrin rayonda qarşıdurmalara yol açdığını, gərginliyi gündən-günə artırdığını bildirirlər.
Artıq kənardan müəyyən qüvvələrin təzyiqi ilə deputat təyin etməyə cəhdlər açıq –aşkar özünü büruzə verməyə başlamış, yerli namizədlərin açıq mübarizə müstəvisinə keçmələri, keçmiş seçki kampaniyasındakı kimi qeyri-qanuni, xoşagəlməz halların sayının sürətlə artmsına gətirib çıxardır. Hakimiyyət təmsilçilərinin əhalini zorla YAP-ın namizədi Əziz Ələkbərlinin və hansısa adi bir turizm şirkətinin təmsilçisi Nahid Bağırovun görüşünə məcbur etməsi yerli sakinlərin haqlı hiddət və qəzəbinə səbəb olmuşdur. Ötən yazımızda 62 saylı Saatlı seçki dairəsində baş verən özbaşınalıqlar haqqında Daxili İşələr Nazirliyinin bəyanat verdiyini və 62 saylı DSK-nın sədri Arif Əliyevin mətbuatda açıqlamalarla çıxış etdiyini bildirmişdik. Lakin bu tədbirlər qarşıdurmaları nəinki səngitməmiş, əksinə onu daha da artırmışdır.
Yerlərdən GundemXeber.Az-ın redaksiyasına gələn məlumatlara görə, hakimiyyət ərazi nümayəndələri vasitəsilə onbaşılar, yüzbaşılar təşkil edərək, büdcə təşkilatlarında çalışan müəllimləri, həkimləri, ümumiyyətlə, əmək haqqı alan hər bir işçini işdən çıxarmaq hədəsi ilə öz istəklərini həyata keçirmək istəyir. Deputatlığa namizəd Nahid Bağərov hakimiyyətin qanunsuz addımlarından ruhlanaraq namizəlyi bu dairədə qeydə alınmayan Axıska türklərinin “Vətən” cəmiyyətinin rəhbəri və müavini ilə gizli sövdələşməyə girmiş və Axıska türklərini müəyyən məbləğdə pul qarışılığında öz xeyrinə səs verməyə razı sala bilmişdir. Bununla bağlı “Vətən” cəmiyyətinin yaxın günlərdə bəyanat verəcəyi bildirilir.
Digər namizədlər də seçicilərin pulla ələ alınması sahəsində yarışına girişmişlər desək, səv etmərik. Belə ki, namizəd Mehdiyev Oqtay Hüseyn oğlu artıq bir neçə gündür ki, Çolpu kənd sakini fermer Vaqif İsayevi kənd icra nümayəndəsi ilə birlikdə həm öz, həm də qonşu kəndlərdə imkansız seçicilərin pulla əllə alınması işinə qoşmuşdur. Onlar qısa müddətdə təxminən 12 000 (on iki) min manat pul paylamış və başqa kəndlərdə də bu prosesi davam etdirməkdədirlər. Faktla bağlı Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev də məlumatlandırılmışdır.
Namizəd Oqtay Mehdiyevin tərəfdarları YAP-ın namizədi Əziz Ələkbərliyə və iqtidarın namizədi Kamil Seyidova qarşı seçki mübarizəsi apardıqları təəsüratını yaradaraq rayonda müxalif qüvvələri öz ətraflarına cəmləmişlər. Bu işdə onlara Bakıdan gəlmiş AXCP fəalı, O.Mehdiyevin yaxın qohumu olan Elşad adlı şəxs də köməklik göstərir. Elşad və onun ətrafında olan Oktay Mehdiyevin tərəfdaşları dünən rayonun Azadakənd kəndində (bu kənd AXCP sədri Əli Kərimlinin doğulduğu kənddir) olmuş və bu kəndin əhalisini Oqtay Mehdiyevi dəstəkləməyə çağırmışlar. Beləliklə, Seçki qanunu kobud şəkildə pozulmaqda davam edir.
Növbəti yazıda daha maraqlı faktlar açıqlayacağıq. Bizi izləməyi unutmayın.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2020, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-01-2020, 10:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti