reklam
Regionxeberlericom.az » Gündəm » Müşviq Abdullayevin çoxmilyonluq əmlakı hərraca çıxarıldı

reklam

Müşviq Abdullayevin çoxmilyonluq əmlakı hərraca çıxarıldı


Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi, “İntertorq” şirkətinin rəhbəri Müşviq Abdullayevlə əlaqəli olan bir neçə şirkətin əmlakını həbs edib.
 RegionXəbərləri.com Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya mətbuatı Müşviq Abdullayevin şirkətinin Sankt-Peterburqdakı ən qapalı və eyni zamanda xarizmatik pərakəndə satış yerlərindən biri olduğunu yazır. Onun varidatı barədə məlumat verilmir, lakin bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim olunur. Belə ki, 2017-ci ildə onun ticarət şəbəkəsinin dövriyyəsi təxminən 1,5 milyard dollar təşkil edib.

Tədbirlər görülməsinin təşəbbüskarı, yanvarın 23-də iflasa uğramış ticarət şəbəkəsi ilə əlaqəli şirkətlərə qarşı 7 iddia qaldıran “Sberbank”dır. Kredit təşkilatı kreditlər üzrə çoxmilyardlıq borcları tutmağı və əmlakı, eləcə də hesablardakı pulları həbs etməyi xahiş edib.

İddialar məhdud məsuliyyətli şirkətlər, “Eurobusiness”, “İnvestisiya Tikinti Şirkəti”, “Nevskaya Logistika” və “Adastra” şirkətlərinə qarşı yönəlib. SPARK açıq mənbələrinə görə, ilk üç şirkətin lideri və ya təsisçisi Müşviq Abdullayevdir.

“Sberbank”, xüsusən Sofiya küçəsindəki və Şuşaradakı torpaqları həbs etməyi xahiş edib. Məhkəmə dörd halda iddianı təmin etməkdən imtina edib, ancaq birində tələblə razılaşıb. "Mülkiyyətə, o cümlədən onlara məxsus daşınar və daşınmaz əmlaka, əmlak hüquqlarına, eləcə də banklarda və ya digər kredit təşkilatlarının hesablarında saxlanılan 1506154531,50 rubl məbləğində vəsaitlərə həbs qoyulsun",- deyə məhkəmənin qərarında qeyd olunur.

“Fontanka” “İntertorq”un rəhbəri M.Abdullayevlə əlaqə saxlayıb. O, həbs edilmiş torpaq sahələrinin satılmasına razılaşıb, ancaq əmlakın dəyərini “Sberbank”ın tələb etdiyindən yuxarı qiymətləndirib.

Nəşrin həmsöhbətləri təsdiq ediblər ki, kredit təşkilatı qiymətləndirmələri ucuzlaşdıra bilərdi, ancaq bazar aktivləri, onların sahibin dediyi qiymətə reallaşdırmağa imkan verməz.

Spar və "Semya"nın sahibi olan "İntertorq" şirkətindəki problemlər barədə payızda məlum oldu. Şəbəkənin Sankt-Peterburqdakı mağazalarının rəfləri boşalmağa başladı. Alıcılar zəruri tələbat mallarının çatışmazlığını hiss etdilər. Oktyabr ayının sonuna qədər məhkəmələrdə şirkətə qarşı təxminən 1 milyard rublluq iddialar toplandı. Sonradan borc yalnız artdı.

“İntertorq”un sahibi Müşviq Abdullayev, şirkətin borclarının yaranmasının əsas səbəblərindən biri kimi, onun həddən artıq aktiv inkişaf etməsini, yerlərdəki oğurluğu və insanlar arasında alıcılıq qabiliyyətinin azalmasını göstərib.


Paylaş:


Müəllif : Tarix:
2-02-2020, 13:56
Sikayət   


loading...
Загрузка...