reklam
Regionxeberlericom.az » Gündəm » KİVDF ilə “Kaspi” qəzeti arasında “atışma” - Mübahisəyə “Səs” qəzetinin baş redaktoru da qoşuldu...

reklam

KİVDF ilə “Kaspi” qəzeti arasında “atışma” - Mübahisəyə “Səs” qəzetinin baş redaktoru da qoşuldu...


Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus “Kaspi” və onun rus versiyası olan “Kaspiy” qəzetlərinə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyə ayrılmamasının səbəbləri açıqlanmır. Fond bu barədə hər hansı açıqlama verməyib.

“Azadlıq” radiosuna danışan, özünü təqdim etməyən Fond əməkdaşı deyib ki, yardımın ayrılmaması ilə bağlı izahat qəzetə verilib. Eyni zamanda qərarı qurumun Müşahidə Şurası verdiyi üçün onlarla danışmaq lazım olduğu deyilib.

Müşahidə Şurasının üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevsə qəzetin müsabiqəyə müraciət etmədiyini söyləyir:

“Mən Şura üzvü kimi o müraciəti görməmişəm. “Kaspi” qəzeti ilə bağlı bizim Müşahidə Şurasına müraciət daxil olmayıb. Kim Fonda müraciət edib-etməyib, bilmirəm. Ancaq Fond hansı məsələni məsləhət bilib Şuranın müzakirəsinə verirsə, gündəliyə salınır. Biz də müzakirə edib qərar veririk. Bu məsələ gündəlikdə olmayıb”.

Amma qəzetin baş redaktoru İlham Quliyev KİVDF-yə müraciət etdiklərini bildirir. “Müraciət etməsək Prezidentə nə əsasla müraciət edərdik”, – deyə sual edir. Üstəlik də, qəzetə qurum tərəfindən hər hansı izahat verilmədiyini bəyan edir.

Elə Prezident İlham Əliyevə müraciətdə də qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə onlara məlumat verilməməsi önə çəkilir.

İlham Quliyev Fondun qərarını təəccüb və təəssüf hissi ilə qarşıladıqlarını, onun gözlənilməz olduğunu söyləyir: “Açığı, anlaya bilmirik, qərar hansı əsasla qəbul olunub. Rəsmi məlumatda da açıqlama yoxdur. KİVDF izahat vermədiyi üçün münəccimlik etmək bizə yaraşmaz”.


Paylaş:


Müəllif : Tarix:
5-02-2020, 13:20
Sikayət   


loading...
Загрузка...