reklam
Regionxeberlericom.az » Gündəm » “Azəriqaz”dan şikayət var: Maaşlar niyə azalıb? - AÇIQLAMA

reklam

“Azəriqaz”dan şikayət var: Maaşlar niyə azalıb? - AÇIQLAMA


Ağdam rayon qaz idarəsində çalışan işçilərin əməkhaqqında tutulmalar olub.

Belə ki, minimum əməkhaqqı 250 manat olduğu halda işçilərə ödənilən məbləğ 209 manat olub, yanvar ayından başlayaraq isə bu məbləğ daha da azaldılaraq 179 manat ödənilib.

Bu barədə Cebhe.info-ya “Azəriqaz”ın tabeliyində fəaliyyət göstərən Ağdam rayon qaz idarəsinin işçiləri məlumat verib. Onların sözlərinə görə, ötən il məşğulluq xətti ilə bir neçə vətəndaş işlə bağlı müraciət edərək müqaviləli şəkildə işə düzəlib:

“Lakin minimum əməkhaqqı 250 manata qaldırılsa da, onlar heç vaxt bu məbləğdə maaş almayıblar. Əməkhaqqımız 219 manat idi. Prezident minimum əməkhaqqının artması ilə bağlı göstəriş verdikdən sonra bizim maaşımız qalxmaq əvəzinə əksinə 209 manata düşdü. Müqaviləmiz artıq başa çatdığı üçün yanvar ayında müqavilə yeniləndi. Orada daimi işçilər var, bir də bizi kimi müqavilə ilə işə götürülənlər. Daimi işçilərin maaşları çox normaldır. Bizdə isə hər gün azalır. Yanvar ayında biz maaşı 179 manat almışıq. Hələ də aydınlaşdıra bilmirik ki, maaşları niyə bu qədər azaldırlar. İki gün əvvəl toplaşıb məsələni aydınlaşdırmaq üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla danışmaq istədik, başçı orada olmadığı üçün dərdimizi də deyə bilmədik. Aldığımız maaş onsuz da elə yüksək deyil, indi də azaldıblar, bununla ailə dolandırmaq çox çətin olur. Ən azından bizə minimum əməkhaqqını versinlər, bu pulla ailə dolandırmaq olmur. Bizə bildirirlər ki, bu, regionun baxa biləcəyi məsələ deyil, “Azəriqaz”ın problemidir. Bu məsələyə aydınlıq gətirilməsiniı istəyirik”.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələdə “Azəriqaz” məsuliyyət daşımır:

“Çünki həmin işçilər xidməti müqavilə ilə işə götürülür və bu, əmək müqaviləsi əsasında qurulan iş deyil, sosial yardımdır. Azərbaycanda dövlət başçısı tərəfindən ölkədə yoxsulluq və işsizliyin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirilir və bir çoxları Prezidentin bu çağırışına dəstək olaraq öz fəliyyətlərində sosial layihələrin icrasını həyata keçirirlər, o cümlədən “Azəriqaz” da SOCAR-ın tərkibində ən çox işçi qüvvəsi olan təşkilatlardan olduğu üçün bu sosial layihələrin icrasını həyata keçirir. Əmək qabiliyyəti olan şəxslər xidməti müqavilələrlə işə cəlb olunur və onlara sosial yardım kimi müəyyən həcmdə vəsait verilir. Bu, minimum əməkhaqqı olaraq hesablanmır, bu, əməkhaqqı deyil, sosial dəstəkdir. “Azəriqaz”ın öz işçiləri ştat cədvəlində 8 mindən bir az çoxdur, sosial yardım alan işçilərin sayı isə 9 mindən çoxdur. Bu rəqəm onu göstərir ki, “Azəriqaz” əmək qabiliyyəti olan insanları işə cəlb edir ki, heç olmasa işsiz qalmaq yerinə, müəyyən qədər vəsait əldə etsinlər. Onların vəsaitlərində bu ilin yanvar ayından fərqin yaranmasına səbəb isə yanvar ayının 1-dən “Sosial sığorta haqqında” Qanunda edilən dəyişikliklərin qüvvəyə minməsidir. Orada göstərilir ki, həmin kateqoriyadan olan sahibkarlıq subyektlərinin sayında 25 faiz artım var, başqa cür xidməti müqavilə ilə işləyən işçilər fərdi sahibkarlar adlandırılır və 2019-cu ildə Dövlət Sosial Müdafiə Fonduna işçilərin aldıqları vəsaitdən ayırmalar bölgələrdən asılı olaraq müəyyən olunurdu. 30-50 manat arası DSMF-yə ayırmalar var idi. Bütün vergilər, ayırmalar çıxıldıqdan sonra 206 manat, 235 manat civarında pul alırdılar, yəni məbləğ fərqli idi. Qanundakı dəyişikliklərdən sonra DSMF-yə ayırılan pulun məbləği artdı, vahid rəqəm formasında oldu, yəni artıq 62.5 manat pul ayırılacaq. Bu isə təbii ki, işçinin aldığı pulun məbləğinə təsir göstərdi. Məsələn, şəxs əvvəl 209 manat alırdısa və onda DSMF-yə 30 manat tutulurdusa, indi 177 manat alacaq. Yəni bu bizdən asılı olan bir şey deyil, qanunda əks olunub. Bu əmək müqaviləli iş deyil, sosial dəstəkdir. Biri var təmiz işsiz qalsınlar, biri də var heç olmasa az da olsa, gəlir əldə etsinlər”.


Paylaş:


Müəllif : Tarix:
11-02-2020, 09:07
Sikayət   


loading...
Загрузка...