Deputatlığa namizəd Əbil Məmmədov Məzahir Pənahova müraciət etdi
RegionXəbərləri.com-a daxil olan məlumata görə 91 saylı Ucar Seçki Dairəsində namizədliyini irəli sürmüş Əbil Məmmədovun bəyanatı yayılıb.
Bəyanat müəllifi bu seçki dairəsində baş verən kütləvi seçki saxtakarlığından və qanun pozuntuları ilə bağlı MSK sədri Məzahir Pənahova müraciət edib. O, müraciətində 91 saylı seçki dairəsinin nəticələrinin ləğv edilməsinin vacibliyini bildirib və MSK-ya saxtakarlığı sübut edəcək foto və video çəkilişləri təqdim olunacağını qeyd edib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və sistematik siyasət nəticəsində ölkəmizdə hər sahədə uğurlar qazanılmışdır və bu uğurlar dinamik şəkildə davamlı olaraq inkişaf etdirilməkdədir. Məhz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yüksək tribunalarından öz haqq səsimizi qaldırıb, sözümüzü cəsarətlə deyə bilirik. Ölkədə demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə verilən qərarlar ictimaiyyət tərəfindən daima yüksək qiymətləndirilir və ölkə rəhbərliyinin Azərbaycan xalqına, dövlətçiliyin inkişafına və daima Azərbaycan Respublikasının inkişafına atılmış addımı olaraq tərənnüm olunmaqdadır. Məhz aparılmış siyasətə güvənərək, demokratik və şəffaf seçkinin keçiriləcəyinə ümid edərək, eyni zamanda yerlərdəki məmurların cənab Prezidentin şəffaf seçkinin keçirilməsi tələbinə əməl edəcəklərinə inanaraq 9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar Parlament seçkilərində iştirak etmək məqsədi ilə 91 saylı Ucar Seçki Dairəsində namizədliyimi irəli sürdüm. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, təbliğat-təşviqat kompaniyasının başladığı ilk gündən, 17 yanvar 2020 – ci il tarixdən Ucar rayon ərazisində artıq seçkinin saxtalaşdırılması istiqamətində addımlar atıldı və bu istiqamətdə açıq-aşkar İcra Hakimiyyəti başda olmaqla, dövlət büdcəsindən maliyyələşən bütün dövlət orqanları, həmçinin bələdiyyə və pedaqoji kollektiv tərəfindən qanun pozuntularına yol verilməyə başlanıldı. Belə ki, ilk günlərdən Ucar sakinləri arasında “onsuz da Ramin Həsən seçiləcək, onu yuxarıdan tapşırıblar “ deməklə insanlarda seçkiyə və dövlətə qarşı inamı yox etməyə çalışırdılar. Lakin, buna baxmayaraq komandamızla birlikdə cənab Prezidentin etdiyi çıxışlara, məmurlara verdiyi ciddi tapşırıqlara (bu tapşırıqların məmurlar tərəfindən əməl olunacağına inanaraq, təəssüf ki, belə olmadı) güvənərək heç bir provakasiyalara diqqət vermədən təbliğat-təşviqat kompaniyamızı DSK tərəfindən heç bir irad tutulmadan uğurla yekunlaşdırdıq. Bütün olunan qanun pozuntularının təbliğat-təşviqat dövründə bitəcəyinə, ən azından cənab Prezidentin etdiyi kəskin tələblərə Ucar rayonunda da məmurlar və Seçki Komissiyasının üzvlərinin əməl edəcəyinə inanaraq 09 fevral 2020-ci il tarixində keçirilən seçkilərin demokratik və şəffaf keçiriləcəyinə böyük ümidlər bəsləyirdik. Lakin, təəssüflər olsun ki, Ucar rayonunda cənab Prezidentin tələblərinə əməl edilmədən ilk saatlardan etibarən seçkinin nəticələrinə təsir edən və qanunla qadağan edilmiş saxtakarlıqlar və qanun pozuntularını tərəfimizdən müşahidə edilərək aşkarlandı. Aşkarlanmış qanun pozuntuları tərəfimizdən aktlaşdırılmış və eyni zamanda foto və video vasitəsi ilə qeydə alınmışdı. Ucar rayonunda 09 fevral 2020-ci il tarixində keçirilmiş növbədən kənar seçkilər zamanı aşkar olunmuş və seçkinin nəticəsinə təsir göstərən qayda pozuntuları aşagıdakılardır:
-Seçki günü təbliğat qadağan olunmasına baxmayaraq bütün məntəqələrin önündə təyin olunmuş şəxslər ancaq 3-cüyə (Ramin Həsən) səs verməyi bildirirdilər.
-Dövlət məmurunun seçkiyə qarışması qanunla qadağan edilsə də icra nümayəndələri qapı-qapı seçki günü insanları 3-cüyə səs verməyə vadar edirdilər. (Əsasən dövlət büdcəsindən maliyələşən orqanların
əməkdaşlarına)
– Bütün məntəqələrdə seçicinin sol baş barmağı yoxlanılmadan, şəffaf spreyin sol deyil, sağ baş barmağa, bəzi vaxtlarda isə heç vurulmadığı.(Buda həmin seçicinin təkrar səsvermədə iştirakına imkan yaradır)
– Bütün məntəqələrdə eyni insanların (öncədən təşkil olunmuş maşınlarla) qanuna zidd olaraq bir neçə məntəqədə səs vermələri.
– Bütün məntəqələrdə bir nəfərin bir neçə insanın əvəzinə səs verməsi.
– Bütün məntəqələrdə şəxsiyyət vəsiqəsi yoxlanılmadan (dislokasiya üzrə
məntəqə ərazisində qeydiyyatda olduğu müəyyənləşdirilmək üçün) məntəqəyə buraxılması.
– Bütün məntəqələrdə müşahidəçilərə prosesin normal izlənilməsi üçün şəraitin yaradılmaması.
– Bütün məntəqələrdə seçki məntəqəsinin ərazisində qeydiyyatı olmayan seçicilərin digər məntəqələrdə səs verməsi (Məntəqə sədri tərəfindən verilmiş sənəd və əlavə seçici siyahısında adı yazılıb).
– Bütün məntəqələrdə gün ərzində seçkidə iştirak edən seçici sayının sonda bütün məntəqələrdə protokollara daha artıq saylarla yazılması.
– Bütün məntəqələrdə səslərin sayılması zamanı bülleteinlərin Müşahidəçilərə və digər səlahiyyətlə şəxslərə göstərilməməsi.
– Bütün məntəqələrdə bülletendə digər namizədin adına səs verilməsinə və korlanmış bülleten (1 neçə namizədə işarə edilib) baxmayaraq
– Ramin Həsənin verilmiş səsi olaraq hesablanması.
– 8 saylı məntəqə istisna olmaqla istifadə olunmamış bülleteinlərin sayılaraq ləğv edilməməsi. ( Sonradan protokola yazılan şişirdilmiş rəqəmlərin düzəldilməsi üçün)
– Bütün məntəqələrdə bülletenlərin seçici sayına uyğunluğunun müəyyənləşdirilməməsi ( 8 saylı məntəqə istisna olmaqla)
– Protokolların surətinin verilməməsi.
Qeyd etmək istəyirəm ki, sadalanan bütün faktlar tərtib olunmuş aktlarla təsdiqlənmiş və eyni zamanda qanuna zidd olan bütün hərəkətlər və hərəkətsizliklər foto və video vasitəsilə qeydə alınmışdır. Toplanmış bütün materiallar sübüt olaraq müraciətə əlavə olaraq sizə təqdim edilir, eyni zamanda foto və videolar flaş diskə köçürülərək müraciətə əlavə olunub.
Hörmətli, Məzahir müəllim,
Ucar rayonunda (91 –ci DSK) 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar Parlament seçkiləri zamanı Seçki Məcəlləsinin tələbləri pozularaq nəticələrin saxtalaşdırılması, eyni zamanda buna qarşı 91 saylı DSK və aidiyyatı qurumların göz yumaraq heç bir tədbir görməməsi ölkədə aparılan islahatlara, cənab Prezident İlham Əliyevin xalqa qarşı göstərdiyi humanist və formalaşdırdığı demokratik cəmiyyət fikirlərinə doğru atdığı addımlara çox böyük zərbə vurur.Beləliklə, Ucar rayonunda seçkinin saxtalaşdırılması nəticəsindəölkədə baş verən dinamik inkişafa kölgə salaraq xalqı dövlətdən və hakimiyyətdən narazı salırlar.
Ucar rayonunda məmur, DSK və MSK-nın uzvlərinin yaramaz hərəkətləri nəticəsində ölkədə yaranmış demokratik vəziyyət və cənab Prezidentin xalqa verdiyi vədlərin şübhə altına alınmasına səbəb olunmasına baxmayaraq, Ucar xalqı yenə də hər zaman olduğu kimi cənab Prezidentimizə güvənərək və MSK-nın məsələyə ədalətlə baxıb qərar verəcəyinizə inanaraq Ucar xalqının pozulmuş hüquqlarının bərpasına heç bir şübhə etmir. Ümidvaram ki, Ucar sakinlərini dövlətdən və hakimiyyətdən narazı salmağa çalışan “məmurların, DSK və MSK üzvlərinin” layiqli cəzası verərək Ucar xalqının cənab Prezidentə və dövlətə qarşı olan etibarının daha da möhkəmlənməsinə səbəb olacaqsınız.
Ucar rayonu 91 saylı DSK –da baş vermiş qanuna zidd hərəkətlər nəticəsində seçki saxtakarlığı baş verildiyini və həmin saxtakarlıqla nəticələrin düzgün olmadığını nəzərə alaraq 91 saylı Ucar DSK-nın nəticələrinin ləğv edilməyini və qanun pozuntusuna yol vermiş DSK və MSK üzvlərinin məsuliyyətə cəlb olunmasını xahiş edirəm”.
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-02-2020, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-02-2020, 15:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54