reklam
Regionxeberlericom.az » Gündəm » "Hadı Rəcəbli kimi bir adamın deputat seçilməsi ayıbdır" – Rəşid Mahmudov

reklam

"Hadı Rəcəbli kimi bir adamın deputat seçilməsi ayıbdır" – Rəşid Mahmudov


"Müəllimin özünə bununla bağlı əmr verənlər var. İş tapmaq çətindi və rayonlarda müəllimlərin qarşısına şərt qoyub deyirlər ki, əgər biz dediyimiz namizədə səs verməsəniz, işdən çıxarılacaqsınız"
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bildirib ki, ziyalı yaltaq olmamalıdır:
"Parlament seçkilərindən sonra görürəm ki, müəllimləri saxtakarlıqda ittiham edirlər, amma vallah onları da qınamalı deyil. Müəllimin özünə bununla bağlı əmr verənlər var. İş tapmaq çətindi və rayonlarda müəllimlərin qarşısına şərt qoyub deyirlər ki, əgər biz dediyimiz namizədə səs verməsəniz, işdən çıxarılacaqsınız. Buna görə də müəllim məcbur qalıb bu addımı atır. Müəllim şəxsiyyət kimi formalaşmalıdır. Mənim özümü də "sındırırlar". On beş ildir sözümü deyə-deyə gəlirəm, bu milləti mən oyatmışam. Müəllim adına bu cür ləkə vurmaq lazım deyil, bizim yaxşı müəllimlərimiz də var. Mən həmişə demişəm dövlətin də, millətin də, xalqın da sərvəti ziyalısıdır. Əgər bir ziyalı yalaqdırsa, yaltaqdırsa, it yalına hürəndirsə, vay o millətin halına".
R.Mahmudov deputat kimi görmək istəmədiyi adamların da adını açıqlayıb:
"Bizim o qədər "quzu" deputatlarımız var ki, bu günə kimi Milli Məclisdə ağzını açıb bir dəfə millətin sözünü deməyib. Hadı Rəcəbli kimi bir adamın yenidən deputat seçilməsi ayıbdır. Bunlardan başqa xalqını, vətənini istəyən bizim insanlarımız yoxdurmu? Elza Seyidcahan namizədliyini verib, iddia edir ki, mən deputat olacam. Onun kimi adam millət vəkili olacaqsa, kül bizim başımıza. A kişi, sovet hökumətini bəyənmirdik, amma onda Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarlarımız var idi. Amma bizim cəmiyyətin yetişdirdiyi isə Telli Borçalı və Elza Seyidcahandır. Elzadan nə deputat olacaq? Heç belələrini efirə buraxmaq lazım deyil. Ayıbdır vallah. Elələri parlamentə namizədliyini vermişdi ki, onlara görə adam utanır".


Paylaş:


Müəllif : Tarix:
13-02-2020, 08:43
Sikayət   


loading...
Загрузка...