reklam
Regionxeberlericom.az » Gündəm » Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı - kağız və plastik qab istehsalı ilə məşğul olurmuş

reklam

Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı - kağız və plastik qab istehsalı ilə məşğul olurmuş


Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun da digər məmurlar kimi, geniş maliyyə imkanlarının olması sirr deyil. Onun adı “MTN işi”ndə hallanmışdı və məlum olmuşdu ki, sabiq nazir Eldar Mahmudov Əhmədovda da 3 milyon dollar pul alıb. Sonradan Tağı Əhmədov özü də bu məlumatı etiraf etmişdi.

Tanınmış araşdırmaçı jurnalist Ccavanşir Həsənli Tağı Əhmədovla bağlı maraqlı məlumat yayıb. O bildirir ki, metropolitenin sabiq rəisi də biznesmenmiş. “Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov çoxbilmiş adamdır, işini açıqda qoymağı sevmir. Zarafat gəlməsin, 16 il yerin altında işləyib”.

Həsənli qeyd edir ki, onun hələlik yalnız bir şirkəti ilə bağlı məlumat əldə etmək mümkün olub. “Söhbət Tağı Əhmədovun Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədovun adına 2010-cu ilin dekabrın 1-də rəsmiləşdirilmiş "AS STRETCH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİndən gedir. Şirkətin hüquqi ünvanı Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov 10-da yerləşir, nizamnamə kapitalı 100123.27 ABŞ dollarıdır. 2020-ci il yanvarın 16-da şirkətlə bağlı reyestr məlumatlarında edilən dəyişikliyə görə, onu bu tarixdən ƏRTOĞRUL HƏSƏNOV YUSİF OĞLU təmsil edir”.

Jurnalist yazır ki, "AS STRETCH" MMC-nin fəaliyyəti istehsal yönümlüdür. “Şirkətə məxsus zavodda kağız və polipropilen əsaslı plastik, stəkanlar, qablar istehsalı olunur”.

Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı



Paylaş:


Müəllif : Tarix:
18-02-2020, 13:26
Sikayət   


loading...
Загрузка...