Şeyxin sədəqə monopoliyası... - “Nəzir qutusu”ndakı pullar hara gedir?
QMİ nə aclar üçün yemək, nə də evsizlər üçün gecələmə yeri təşkil edir
İslam da daxil olmaqla, bütün dinlər yer üzündəki canlılara, çətinə düşənlərə, evsizlərə, xəstələrə mərhəmətli olmağı aşılayır. Hətta “Quran” ayəsində hər bir müsəlmanın zəkat (sədəqə vergisi) ödəməsinin vacibliyi ilə bağlı "Namaz qılın və zəkat verin" deyə buyurulur.
Düzdür, Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya uyğun olaraq, əhalinin rifahından birbaşa dövlət qurumları cavabdehdir. Ancaq bu, dini qurumların yardımlar etməsinə, xeyriyyəçiliklə məşğul olmasına mane olmur.
Beləliklə, Avropada kilsələr dövlətlə birlikdə kasıblara kömək edir. Bu yardım, əsasən yoxsullar üçün sığınacaqların tikilməsi və onlara ərzaq yardımının göstərilməsində özünü biruzə verir.
Azərbaycanda da xristian kilsələri xeyriyyə işləri ilə məşğuldur. Bakıdakı katolik kilsəsinin yepiskopu Vladimir Feketin AYNA-ya dediyinə görə, əvvəllər kilsədə yeməyə ehtiyac olanlar üçün nahar təşkil edilirdi: “Bundan əlavə, onların arasında təkcə bizim dinə qulluq edənlər deyil, həm də digər qaçqın və məcburi köçkünlər də olurdu. Bu gün isə biz artıq nahar yeməyi təşkil etmirik, ancaq ərzağa ehtiyacı olanlara, kömək istəyənlərə yardım edirik. Bizdən sığınacaq istəyənləri isə, bizim gecələmək üçün xüsusi hazırlanmış yerimizə göndəririk. Hazırda orada 25 evsiz insan var”.
Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin nümayəndəsi Konstantin Pominovun sözlərinə görə isə, əvvəllər kilsələr ehtiyac sahibləri üçün yemək təşkil edirdi: “Ancaq bu gün bütün kilsələrimizdə aparılan təmir işləri ilə əlaqədar yeməkləri məhdudlaşdırmaq məcburiyyətində qalırıq. Yeməklər yalnız Mixaylov adına Kilsədə təşkil edilir”.
Qeyd etmək lazımdır ki, həm pravoslav, həm də katolik kilsələrinin əsas gəlir mənbəyi dindarlardan gələn ianələrdir.
Bəs məscidlərimiz yeməyə, gecələməyə ehtiyacı olan insanlar üçün hansı şəraiti yaradır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AYNA-ya bildirildi ki, onlarda nə aclar üçün yemək, nə də evsizlər üçün gecələmə yeri var.
Buna baxmayaraq, hər məsciddə bir "nəzir qutusu" mövcuddur. Təəssüf ki, QMİ-dən “nəzir qutularına” yığılan pulların hara xərcləndiyi barədə sualımıza cavab ala bilmədik.
“İlahiyyat” məscidi kimi tanınan məsciddən öyrəndik ki, burada da qeyd olunan yardımlar mövcud deyil: “Yemək təşkil etmirik, evsizlər isə məscidimizdə gecələyə bilməzlər. Ancaq bacardığımız qədər ehtiyacı olanlara kömək edirik”.
Sultanəli məscidinin imamı Mirrasim Seyidovun sözlərinə görə, məscidə gələnlərin sayı çox azdır, bu səbəbdən ehtiyacı olanlara yemək paylaya bilmirlər: “Evsizlərə gecəni məsciddə keçirməyə icazə verə bilmərik. Təhlükəlidir - evsiz bir adam yanğın da törədə bilər”.
İlahiyyatçı Vüsal Hətəmov AYNA əməkdaşı ilə söhbətində deyib ki, İslam dininə görə, məscidlər kimsəsizlərə və ehtiyacı olanlara kömək etməyə borcludur: “Hər bir evsiz insanın gecəni məsciddə keçirmək haqqı var. Ancaq təəssüf ki, bunu edən yoxdur”.
Ekspertin fikrincə, hər məsciddə xeyriyyə fondu yaradılmalıdır: ““Nəzir qutusunda” toplanan pullar bu fonda keçməlidir. Bu fondun fəaliyyətinə axund və ya imam deyil, qeyri-hökumət qurumları və yerli bələdiyyələr nəzarət etməlidir. Əks təqdirdə, bu fondda yığılan pullar mənimsənilə bilər”.
İctimaiyyət uzun müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsindən “nəzir qutusuna” toplanan vəsaitin hara və necə xərclənməsinin açıqlanmasını tələb edir. Bundan əlavə, nəzir dini icmaların yeganə gəlir mənbəyi deyil. Bu sahəyə hər il Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrılır. Sonuncu dəfə 24 may 2019-cu ildə 2 milyon manat ayrılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2020, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2020, 10:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07