Heydər Əsədovun külli miqdarda əskiyi üzə çıxdı: "Prokurorluğa müraciət etdim..."
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində aparılan yoxlamalar nəticəsində külli miqdarda dövlət vəsaitlərinin istifadəsilə bağlı ciddi pozuntular aşkarlanıb.
Aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Pozuntuların əsas etibarilə Heydər Əsədovun Kənd Təsərrüfatı naziri olduğu dövrü əhatə etdiyinə dair məlumatlar var.
Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti Xidmətinin bildirdiyinə görə, "Aqrolizinq"də yoxlama 2017-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan dövrü əhatə edib, yoxlama zamanı ciddi mənimsəmə və korrupsiya halları aşkarlanıb. "Bu pozuntular 2006-2019-cu illər ərzində kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə, texnoloji avadanlıqların alınmasına, göstərilmiş xidmətlərə görə mövcud olan borclara aid olub", - məlumatda deyilir.
Yoxlamanın gedişində bir sıra təchizatçı şirkətlər və borclular tərəfindən 14.3 milyon manat vəsaitin "Aqrolizinq"in hesabına ödənilməsi təmin edilib, dövlət büdcəsinə çatmalı olan 52.4 min manat da ödənilib. Habelə aqrotexniki xidmətlər göstərən şirkətlər tərəfindən daha 7.5 milyon manatın "Aqrolizinq"ə 2020-ci ilin sentyabrına qədər ödənilməsi üçün vaxt qoyulub.
Nazirliyin məlumatında həmçinin bildirilir: "Bundan əlavə cins mal-qaranın, texnoloji avadanlıqların alınması üçün 11 milyon 259 min manat alan, amma işləri yerinə yetirməyən bir sıra şirkətlər barədə materiallar yoxlamaq üçün hüquq-mühafizə orqanlarına göndərilib".
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. "Aqrolizinq"də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
Bu açıqlamanı isə virtualaz.org-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib. O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: "Aqrolizinq" ASC 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur".
Məsələ ilə bağlı sabiq nazir Heydər Əsədov da açıqlama verib. Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri "Aqrolizinq"də aparılan yoxlamaların nəticələrini şərh edərkən deyib: "Aqrolizinq" ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır".
H.Əsədov əlavə edib ki, yaranan borclarla bağlı özü vəzifədə olarkən prokurorluğa müraciət edib: "Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar ümumiyyətlə alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim. Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə, bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil".
Göründüyü kimi, dövlətin külli miqdarda büdcə vəsaiti bu və ya digər adlarla mənimsənilib. Ancaq heç kim buna görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Digər tərəfdən Heydər Əsədov məsələnin ancaq borc tərəfini etiraf edir. Bildirir ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib və bununla da bir növ özünü məsuliyyətdən qurtarıb.
Ancaq sabiq nazirdən soruşan yoxdur ki, həmin borcların yaranmasına və qaytarılmamasına görə kim cavabdehdir, "şapka əməliyyatlarını" kimlər həyata keçirirdi, niyə vəzifədə olduğu dövrdə həmin vəsaitlərin qaytarılmasını təmin etməyib və nəhayət, külli miqdarda dövlət vəsaiti təsadüfi adamlarınmı ixtiyarına verilmişdi?...
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-02-2020, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-02-2020, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52