Fuad Muradov Fransa polisinin hədəfində - İDDİA
İki gün öncə mətbuatda qeyd olundu ki, Fransa Milli Polsinin Baş Müfəttişliyi Fransada məskunlaşmış Elşad Abdullayev haqqında S-2020/469 saylı cinayət işi açıb və təhqiqata başlayıb. Təhqiqatın səbəbi Elşad Abdullayev haqqında mətbuatda dərc edilən materiallar və onun kriminal əməlləri barədə faktlardır.
Fransa polisi kömək istəyir
Fransa polisi eyni zamanda ictimaiyyətə müraciət edərək Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, [email protected] ünvanına məlumat vermələrini xahiş edir. Bu da onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir və Elşad Abdullayev nəinki sığınacaqdan mərhum edilə bilər, eyni zamanda o, uzun müddətli cəzaya məhkum ediləcək. Lakin maraqlı odur ki, indi bu cinayət işində Elşad Abdullayevin tək şübhəli olmadığı bildirilir.
Fuad Muradov Fransa polisinin hədəfində
Onunla yanaşı Azərbaycan Dövlət Diaspora Komitəsinin sədri Fuad Muradovun da adı cinayət işində keçir. Həm də nəinki keçir, eyni zamanda onunla iki dəfə görüşmüş və kriminal keçmişi olan bir şəxslə foto da cinayət işinə əlavə edilib. Ehtimal ki, Fuad Muradov Fransaya səfəri zamanı bununla bağlı istintaqa cəlb ediləcək.
Ən maraqlısı odur ki, sən demə, son iki ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərdə ittiham etdiyi, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında qiyabi həbs qərarı çıxarmış və beynəlxalq axtarışa verilmiş Elşad Abdullayev Diaspora Komitəsinin sədri Fuad Muradovla Fransada iki dəfə görüşübmüş. Görüş zamanı o, Fuad Muradovdan xahiş edibmiş ki, ona Azərbaycanda haqqında açılan cinayət işinin ləğvinə yardım etsin. Əvəzində isə xidmətlərini təklif edib. Bildirib ki, onun müəyyən kriminal şəxslərlə əlaqəsi var və onun vasitəsilə Avropadakı aktiv siyasi mühacirləri istənilən formada susdura bilər. Muradovun da buna razılıq verdiyi və hətta Elşad Abdullayevin güvəndiyi qolu zorlu ilə görüşdüyü bildirilir. Fuad Muradovun Elşad Abdullayevin vasitəsilə Fransada görüşdüyü şəxs bu günə qədər Azərbaycanda, Qazaxstanda, Fransada və Holandiyada qəsdən adam öldürmə üstündə uzun illər məhbus həyatı yaşamış əslən Ermənistan Respublikasının Krasnoselski rayonundan olan Akif Kərimov adlı şəxs olub.
Fuad Muradovla gizli görüş
Məlumatlara görə, Abdullayevlə Kərimovun tanışlığı Elşad Abdullayev haqqında davamlı materiallar yayımlayan İsveçrədə yaşayan Fuad Ağayevin zərərsizləşdirilməsilə bağlı yollar arayarkən yaranıb. Abdullayev blogger Fuad Agayevin zərərsizləşdirilməsi üçün 50 min dollar təklif edib. Lakin Akif Kərimovun riskin böyük olduğunu deyərək 100 min euro tələb etdiyi bildirilir. Sövdələşmə baş tutmur, lakin dostluq münasibətləri yaranır. Kriminal şəxslərdən öz məqsədləri üçün istifadə etməyə çalışan Elşad Abdullayev 2019 ilin avgust ayinda Parisdə Azərbaycan Respublikasnın Dövlət Diaspora Komitəsinin sədri Fuad Muradovla növbəti gizli görüş zamanı Avropada prezidentin ailə üzvlərinin əleyhinə təbliğat aparan şəxsləri zərərsizləşdirməyin lazım olduğunu deyirş Bildirir ki, onun belə bir tanışı var və bu, Akif Kərimovdur. Təklif edir ki, Kərimovla görüşmək lazımdı. Muradov razılaşır.
O, Akif Kərimovla Fuad Muradovla görüşünü təşkil edir. Görüşdə sövdələşmə o qədər yüksək səviyyədə alınır ki, hətta Akif Kərimovla Fuad Muradov xatirə şəkili də çəkdirirlər. Bundan sonra Muradovun dəstəyilə Akif Kərimov Parisdəki Azərbaycan Mədəniyyət Evinin əməkdaşları Aytən xanım, Mirvari Fataliyeva, Azərbaycan Respublikasının YUNESCO-nun yanındakı Daimi Nümayəndəliyinin 1-ci katibi Togrul Məlikovla görüşür. Ardınca bəzi məlumatlara görə, Azərbaycandan gəlmiş iki təhlükəsizlik əməkdaşlarıyla Azərbaycanın Parisdəki səfirliyinin binasında görüş keçirib planlaşdırma aparırlar. Bəzi məlumatlara görə, bu əməliyyatlar üçün ümumiyyətlə, 2 milyon avroluq bir büdcənin ayrılması qərarlaşdırılır. Bu qərardan sonra isə Akif Kərimov və digərlərinə aktiv siyasi mühacirləri, bloqqerləri zərərsizləşdirmək həvalə edilir. Akif Kərimov aldıgı tapşırıga uyğun olaraq, 3 noyabr 2019-cu ildə 25 rue Saint-Didier, 75116 PARİS ünvanında Sahib Əsədli, mühafizəçi-idmançı Arif, avtobus sürücüsü Faiq və turizm şirkətinin rəhbəri Salman ilə toplantı keçirib videosunu yayır. Orda mühacirlərə qarşı sərt mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanır. Bunun ardınca isə Almaniyada yaşayan bloqqer Qabil Məmmədova hücum təşkil edilir. Həmçinin bəzi bloqqerlər, o cümlədən hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, “Turan TV”-nin rəhbəri Qənimət Zahidin, kanalın əməkdaşı Türkel Əlisoyun və digərlərinin həyatına ola biləcək sui-qəsd cəhdi ilə bağlı Hollandiya və Almaniya hüquq mühafizə orqanları araşdırmalara başlayırlar. Hazırda hər iki ölkədə cinayət işi açılıb və bizdə olan məlumatlara görə, həmin cinayət işlərində də Fuad Muradovun adı keçir. Bundan əlavə iki ay öncə Fuad Muradov bir məsələ ilə bağlı Avropa ölkələrinin birində polis tərəfindən saxlanılıb. Bu mövzuyla bağlı araşdırmamız isə gələn yazıda olacaq.
Afn.az
Paylaş:
Müəllif : Yazar
Tarix:26-02-2020, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-02-2020, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16