SABİQ NAZİRİN KADRI ŞƏMKİRİ TALAN EDİR - Alimpaşa Məmmədov öz davranışı ilə rayon əhalisindən qisas alır?!
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olması hamıya məlumdur. Amma bu, çoxlarına sirr deyil ki, icra başçısı öz şefinin əleyhinə ifadə verənlərdən biridir. Deyilənə görə, onun hələ də vəzifəsini qoruya bilməsinin əsasə səbəbi də elə budur.
Şəmkirdə rayonun şefi haqda maraqlı fikirlər dolaşır. Məsələn, deyirlər ki, Alimpaşa Məmmədov hələ Vergilər Nazirliyində çalışarkən nazir Fazil Məmmədovun “vuran əli” sayılıb. O, Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb.
Ancaq Fazil Məmmədov yenə ona sahib çıxaraq, daha yüksək vəzifəyə - Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Sabael Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib”, iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə “yuxarılar”ın qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.
Bir müddət işsiz qaldıqdan sonra Fazil Məmmədov yenidən onu “reabilitasiya” edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir – müəl.) rəis təyin edib. Burada “reabilitasiya” olunduqdan sonra isə, yetərincə strateji və “rentabelli” “bir posta - Bakı şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83% faizinin paytaxda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.
Burada zəruri bir arayışa ehtiyyac var. İddia olunur ki, Alimpaşa Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” təxəllüsünü qazanıb. Görünür, onun paytaxt Vergi İdarəsinin başına gətirilməsi də sabiq nazirin düşünülmüş planı olmuşdur...
Bu deyilənləri sadalamaqda məqsədim odur ki, Alimpaşa müəllim hansı vəzifəyə təyin olunubsa, onun bir amalı, bir məqsədi olub - dağıtmaq, talamaq və s. Şəmkirdə də o, öz şakərindən əl çəkməyib.
Mənə elə gəlir ki, vaxtı ilə Aslan Aslanov onu rayondan qovduğu üçün, o, Şəmkir əhalisindən qisas alır və rayonu xarabalığa çevirmək istəyir. Belə olmasaydı, Şəmkir stadionunu dağıtmaz, kəhrizin qurumasına imkan verməz, Aqro-Promun möhkəm binasını dağıtdırıb yerini satmazdı və s. və ilaxır.
Haşiyə: Ölkə başçısı İlham Əliyev fevralın 03-də “Azərbaycan Respublikası regionlarının 2019-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: “Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim, ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 (bir) milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə ciblərinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi”.
Çox təəssüflər olsun ki, prezidentinin bu təşəbbüsündən, bu tövsiyyəsindən və göstərişindən regionlarda yerli “paşalar”ın bəziləri müsbət nəticə çıxartmır və “burda mənəm, bağdatda kor xəlifə” metodu ilə rayonlara rəhbərlik edirlər. Son vaxtlar bir neçə rayonun İH başçılarının həbs olunması da bu idarəçilik metodunun düz olmadığını göstərir.
Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Alimpaşa müəllim Şəmkiri abadlaşdırmağa, inkişaf etdirməyə gəlməyib. Onun üçün gəlib ki, şəxsi biznesini qursun və qərəzli olaraq qisas almaq üçün rayonu dağıtsın.
Strateji əhəmiyyətli Şəmkiri və onun 200 mindən çox əhalisinin taleyini nə vaxta kimi qisasçı məmura – Alimpaşa Məmmədova etibar etmək olar?
Əlbəttə, Şəmkir rayonunun və əhalisinin bu vəziyyətə düşməsinin baiskarı sabiq Vergilər Naziri Fazil Məmmədovdur. Ona görə ki, Alimpaşa Məmmədovu Şəmkirə İH-nin başçısı təyin etdirəndə Prezident Aparatında ona musiqi sədaları altında bəy tərifi deyib.
Ölkə başçısı İlham Əliyevin fevralın 3-də konfransda çıxışı zamanı etdiyi etirafdan məlum olur ki, hər il 1 (bir) milyard manatdan çox olan vəsaiti vergilər naziri büdcədən gizlədib. Ona görə də 17 il vergilər naziri olmuş Fazil Məmmədov və Şəmkirdə “at oynadan” Alimpaşa müəllim mütləq qanun qarşısında cavab verməlidir...
Bəhlul ORUCOĞLU
Araşdırmaçı jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü //hurriyyet.org//
Paylaş:
Müəllif : Yazar
Tarix:27-02-2020, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-02-2020, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16