reklam
Regionxeberlericom.az » Gündəm » İcra başçısı: “İrili xırdalı bütün məmurlara müraciət edirəm...”

reklam

İcra başçısı: “İrili xırdalı bütün məmurlara müraciət edirəm...”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Energetiklər” qəsəbəsinin sakinləri ilə görüşüb.
Görüş Energetiklər qəsəbəsində yerləşən Tibb Kollecinin binasında keçirilib. Şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söz açan icra başçısı bildirib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə aparılacaq abadlıq-quruculuq işlərinin miqyası iki dəfə artacaq: "2020-ci ildə Şəhər İcra Hakimiyyəti tərəfindən 11 ədəd 9 mərtəbəli yaşayış binasının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri, 45 məhəllədə yaşayış binalarının təmiri və məhəllənin abadlaşdırılması, “Nəsimi” və "Dostluq” parklarındakı abadlıq işlərinin başa çatdırılması, “Sağ sahil” parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması, H.Əliyev meydanında Tarix muzeyinin qarşısındakı ərazinin yenidən qurulması, Nizami küçəsindəki ərazinin abadlaşdırılaraq yeni parkın salınması, uzun müddət baxımsız qalan yataqxanalarda təmir işlərinin aparılması, 7 ərazidə insanların asudə vaxtlarını keçirmək üçün istirahət zonalarının yaradılması və bir sıra küçələrin yenidən qurulmasını həyata keçiriləcək".
Sakinlər üzləşdikləri problemlərdən də danışmağı unutmadılar. Qəsəbə sakini Baxşəli Əzimov bəzi yerli məmurların vətandaşların müraciətlərinə diqqət göstərməməyindən şikayətlənib. Buna cavab olaraq İlham İsmayılov bildirib ki, məmurların əsas vəzifəsi xalqa xidmətdir: “Mən burdan Mingəçevirdə işləyən irili xırdalı bütün məmurlara müraciət edirəm. Bütün məmurlar bilsin ki, mən də daxil olmaqla, məmurların əsas vəzifəsi xalqa xidmətdir.”
Qəsəbə sakini, sahibkar Məmmədov Məhərrəm isə sənədləri olduğu halda obyektini tikməkdə maneçiliklə qarşılaşdığını dilə gətirib. Məsələ yerindəcə aydınlaşdırılıb və məlum olub ki, vətəndaşın sənədləri qanunvericiliyin tələblərinə cavab vermir. Məsələ ilə bağlı icra başçısı şəhərdə fəaliyyət göstərən bütün sahibkarlara müraciət edib: “Qanunun tələblərindən başqa heç bir sahibkara qarşı hansısa əlavə tələb irəli sürülə bilməz. Əgər hansısa vəzifəli şəxs sahibkara əlavə tələb irəli sürərsə həmin sahibkar dərhal mənə məlumat versin.”
Yeni qanunvericiliyə əsasən tikinti layihələrinin Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını yüksək qiymətləndirən icra başçısı bu yolla şəhər ərazisində şəhərsalma normalarına cavab verməyən, yöndəmsiz obyektlərin tikilməsinin qarşısı alınacağını bildirib.
Sakinlər tərəfindən ən çox narazılıq yaradan məsələ isə ağacların suvarılması üçün texniki suyun kəsilməsi və istilik sisteminin olmaması ilə bağlı idi. İcra başçısı bildirdi ki, istilik sisteminin qurulması ilə bağlı İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə artıq müraciət olunub və yaxın vaxtlarda bu problem həll olunacaq. Yaşıllıqların suvarılmasına gəldikdə isə, İlham ismayılovun sözlərinə görə əvvəlki su xətti artıq İcra Hakimiyyətinə təhvil verilir. Təhvil-təslim və təmir-bərpa işləri başa çatdıqdan sonra yaşıllıqların suvarılması bərpa olunacaq.



Paylaş:


Müəllif : Tarix:
27-02-2020, 14:20
Sikayət   


loading...
Загрузка...