reklam
Regionxeberlericom.az » Gündəm » Goranboyda ilginc mənzərə... - Dövlətin məktəbi özəlləşdirilib

reklam

Goranboyda ilginc mənzərə... - Dövlətin məktəbi özəlləşdirilib


Goranboyun Meşəli kəndinin tam orta məktəbindən maraqlı xəbər var. Əslən Kəlbəcərdən olan 100-ə yaxın məcburi köçkün ailənin məskunlaşdığı kənd məktəbi uzun illərdir ki, bir ailənin inhisarında, istifadəsindədir. Məktəbin yaşlı-başlı direktoru 15 ildir sanki bir məktəbi "özəlləşdirib".

Demokratik.Az-ın əldə etdiyi məlumata görə, 2002-ci ildən Kəlbəcər 100 saylı tam orta məktəbinin direktoru vəzifəsini icra edən Fəxrəddin Musayev sözügedən kənd məktəbini özünün yaxınlarının, əsasən də ailə üzvlərinin əsas gəlir mənbəyi kimi idarə edir. Məktəbdə sənəd üzərində mövcud olan 60 şagirdin təlim-tərbiyyəsilə, tədrislə məşğul olan 24 müəllimin və digər işçilərin bir çoxunun direktorla qohumluq və yaxınlıq əlaqələri bu iddianı diqtə edir.

Həmin məktəbdə vəzifə tutan direktor ailəsinin adlar siyahısı aşağıdakı kimidir:

1. Direktorun özü - Fəxrəddin Musayev 2002-ci ildən məktəbə rəhbərlik edir. Hazırda 70 yaşı haqlasa da, ona gözün üstə qaşın var deyən tapılmayıb. Direktorun hansı özəl səbəblərlə öz vəzifəsində uzun müddətli saxlanması sual doğurur.

2. Solmaz Musayeva (həyat yoldaşı) - 1993-cü ildən bəri məktəbin yeganə laborantı vəzifəsini daşıyır. Aldığımız səhih bilgilərə görə, adıkeçən məktəbdə laboratoriya şəraiti, ümumiyyətlə laboratoriya yoxdur. Direktor isə ikinci qrup əlil həyat yoldaşının maaş deyil, hökumətdən "kompensasiya" aldığına inanır.

3. Musayeva Gülüş (qızı) - psixoloq vəzifəsi üzrə maaş alır. Ümumiyyətlə məktəbə gəlmədiyi, Qaraçinar kəndində yaşamaqla maaş aldığı bildirilir.

4. Musayev Firdovsi (oğlu) - İxtisası ibtidai təhsil metodikası olsa da, atasının diqtəsilə məktəbin fiziki hazırlıq fənnini tam zəpt edib. Direktor oğlunun özünün hərbi xidmətə yararsızlığı atası üçün heç bir əngəl yaratmayıb.

5. Musazadə Fizuli (oğlu) - Məktəbdə əsas fənnləri tədris edir. Nədənsə, direktorun bu savadlı oğlu da hərbi xidmət keçməyib.

6.Musazadə Qəmər (gəlini) - İnformatika müəllimidir.

Yaşı ötmüş direktorun "ailə namenklaturası"nı xatırladan bu siyahını məktəbin texniki işçilərinin kimliyini araşdırdıqda da aydın görmək olar. Bundan savayı, saxta diplomla məktəbdə dərs verən müəllimlər də uzun illərdir ki, direktorun məhz özü tərəfindən himayə olunur. Dərs saatlarının bölgüsündə də nöqsanların olduğu aldığımız bilgilər sırasındadır.

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, məktəbin belə inhisara alınması orta məktəb inventarlarının (televizor, xolodilnik, kompüterlər, stol-stul dəstləri və sair) daşınaraq direktor Fəxrəddin Musayevin evinə daşınmasına da real şərait yaradıb.

Həm Təhsil Nazirliyi, eləcə də Kəlbəcər rayon TŞ-nin müdiri bu faktlara münasibət bildirməli, Göranboyun Meşəli məktəbi ciddi araşdırılmalıdır.

Qarşı tərəfin yazıya münasibətini öyrənib dərc etməyə çalışacağıq!


Paylaş:


Müəllif : Tarix:
28-02-2020, 13:35
Sikayət   


loading...
Загрузка...