Göygöldə ədalətin mizanı pozulanda... - GİLEY
Bu millətin minlərlə fədakar övladlarının qanı işğala məruz qalan ana vətənimizin torpağına boyansa da, minlərlə şəhidimizin qəhrəman ruhları bizi döyüş meydanına səsləsə də erməni işğalında, yağı düşmənin tapdağında inildəməkdə olan Qarabağımız var…
Düz 27 ildir ki, bu ağrı-acını hamımız – Bütün Azərbaycan yaşayır. Amma, elindən-obasından didərgin düşmüş bir milyondan artıq soydaşımız Qarabağ münaqişəsinin istirablarını, acı məşəqqətlərini daha yaxından və canlı-canlı, lap içdən çəkir.
1993-cü ildən erməni təcavüzü nəticəsində Kəlbəcərin Seyidlər kəndindən qovulub Göygöl rayonunun Kərəmli kəndində uçuq-sökük köhnə mal fermasında məskunlaşan zavallı Abbasovlar ailəsi də məcburi köçkün acısını dadmaqdadır. Ailə təkcə öz dədə-baba yurduna nə zaman qayıdacaqlarını dərd etmir, buna qədər həyatda qalmaq, rahat yaşamaq uğrunda əsl mücadilə verir.
Bu məcburi köçkün ailəsi üçün həyatın məşəqqət dolu sınaqları davam edir. Onlar uzun illər məskunlaşdıqları uçuq fermada yarıac – yarıtox, soyuq çıraqban çadırlarda olmazın iztirablar yaşayır. Ötən illər onlar üçün baharı da qış edib, sosial qayğısızlıq və evsizlik ucbatından gah yayın cırhacırına yanıb qovrulublar, gah şəraitsiz fermada qışın soyuğuna uşaqlı-böyüklü üşüyüb donublar.
Bu məcburi köçkün ailəni yaxından tanıdığım üçün hansı istirablara sinə gərdiklərindən yaxşı haliyəm. Problemlərindən dəfələrlə yazmış, həllinə çalışmışam. Amma və lakin bu yazıda həqiqətləri daha qabarıq təsvir edib bu ailəyə bir az da bədii yazıqlıq, bitiklik performansı etmək zəruriliyi duymuram. Sadəcə, ailə başçısı Samir Abbasovun haqlı şikayətinə qahmarlanıb, DÖVLƏT BABAnın bəzi yetkililərindən ailənin adına tikilib sonradan da qeyri yollarla yəqin ki, “başqası”na peşkəş olan (verilən və ya satılan) mənzilin hesabını tələb edəcəyəm.
Beləliklə, adı uzun illərdir ki, məlum ev növbəsində olan, ailəsinin sevinci gözündə yaş olan Samir Abbasovun öz dilindən səslənən həqiqətləri yazıram.
Dövlətin məcburi köçkünlərə diqqət və qayğısına sığınmağa məhkum bir şikayətçi deyir ki, ötən il Göygöl rayonu ərazisində yaşayan məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikintisi reallaşdırılan yaşayış binalarının paylanışının sonucundan narazıdır. Çünki, bu layihə dövlətin əzəmətini və humanizmini əks etdirsə də, mənzillərin paylanışında özbaşına fırıldaqçılıqlar, biabırçı hallar yer alıb.
Şikayətçi bu ağır ittihamlarını belə əsaslandırır ki, ötən il tikintisinə başlanmış, Göygöl rayonunun 2 saylı orta məktəbinin yaxınlığında tikilmiş 130 ailəlik çoxmərtəbəli binalarda ailəsinə mənzil veriləcəyi öz yəqinliyini tapsa da, sonda Abbasovları aldadıblar. Belə ki, müvafiq komissiya tərəfindən əvvəlcədən tərtib edilmiş XÜSUSİ SİYAHIda adı ön sıralarda yer alan bu ailə ev almaq haqqından son anda kənarlaşdırılıb. Beləcə, evsizlikdən zillət çəkənlər bəzi “Qaçqınkom”çuların maxinasiyası sayəsində yenə evsiz-yurdsuz qalıblar.
Samir Abbasov bildirir ki, ötən il Bakıdan Göygöl rayonuna göndərilən komissiya üzvləri, yerli Qaçqınkom və yerli İHB nümayəndələri ilk başdan onun ailəsinin vəziyyətini təhlil ediblər, özləri yekdilliklə mənzil verilməsini məqbul sayıblar. Lakin, binanın mənzilləri tikilib istifadəyə yönəldildikdən indiyədək Abbasovları saya salan, onlarla heç maraqlanan olmayıb. Vətəndaş təəssüf edir ki, durum barədə yuxarılara göndərdiyi yazılı və şifahi müraciətlərinə də kimsə acımayıb.
Şikayətçinin iddialarına görə, yeni il ərəfəsində – ötən il dekabrın 30-da açılışı komitə sədri Rövşən Rzayevin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin, Kəlbəcər və Göygöl rayon icra hakimiyyəti başçılarının da iştirakı ilə baş tutan mənzilərin paylanışından başlayaraq bir çox mənzillər sifarişli əsaslarla paylanıb. Hətta, həmin tarixdə mənzillərin paylanış mərasimi öncədən istəklərə uyğunlaşdırılıb, şəxslərin iştirakı xüsusi şəkildə planlaşdırılıb. Tikilən mənzillər yerli məcburi köçkünlərin və aidiyyatı qurum yetkililərinin gözü qabağında başqa rayonlardan təşrif buyuran adamlara belə verilib ki, bu da şikayətçimiz kimi mənzil almağa haqqı olan bir çox zavallıların da doğal haqqını pozub. Lakin orada olan prezident səlahiyyətliləri haqsızlığa susqunca tamaşa etməklə yetiniblər. Hazırda Göygöldə yaşayan bir çox Kəlbəcərli ailəsi məhz müəmmalı paylanışın nəticəsindən ümidsizliyə düçar olublar.
Samir Abbasov danışır ki, “Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə“ Dövlət Komitəsi, eləcə də həm yerli, həm Kəlbəcər İHB–nin başbilənləri ailəsinin mənzil-məişət və yaşayış şəraiti, maddi-dolanışıq durumuna bələddirlər. Kərəmli kəndinin köhnə mal fermasında qalmaqdan ailəlikcə bezdiklərini bildirən Samir fermanın sahibi tərəfindən dəfələrlə qovulmaqla hədələndiklərini də bildirir.
Şəraitsiz və rütubətli fermada normal insanların yaşaya bilməyəcəyi durumda 20 ildir ki, yaşayan ailədə biri əlil olmaqla 3 oğlan övladı böyüyür. Onların pis şəraitdə minbir məşəqqətlə gələcəyin əsgəri kimi boy atırlar. Bu isə torpağı düşmən tapdağında olan utanc bir atanı bir az da sındırır. Son illər Samir onları ümidlə böyüdürmüş ki, tezliklə yaxşı olacaq, onlara da dövlətdən şəraitli bir ev veriləcək. Amma, hələlik, çifayda…
Haqsızlığı qəbul etməyən müraciət müəllifi hesab edir ki, birbaşa ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı və dövlət büdcəsinin milyonlarla pulları hesabına tikilmiş sözügedən məcburi köçkün binaları kimlər üçünsə sanki “alverxana”ya döndərilib. Əks halda, adı siyahıda ola-ola paylanışda Abbasovlar ailəsini başlarından “rədd edənlər” ilkin siyahıda adı olmayan kimlərəsə hansı maraqlarla mənzillər payladıqlarını aydınlaşdırmalıdırlar.
“Əgər kimlərsə hesab edirsə ki, prezidentin etimadına bu yolla dönük çıxıb belə haqsız və ədalətsiz yollarla dövlətə xəyanət edəcəklər, mənim və ailə üzvlərimin mənzil haqqını yeyə biləcəklər, yanılırlar! Buna imkan verməyəcəyəm!..” – deyir Samir.
Məsələnin həllinə nail olmaq və baş verən özbaşınalığı dəqiqləşdirib səbəblərini araşdırmaq məqsədilə yanvar ayında Bakıda – QaçqınKomun sədr müavini Eldar Zeynalovun qəbulunda olan şikayətçini uşağı ilə birgə təhqir edib ordan qovublar. Qəbul zamanı adıçəkilən məmurun qeyri-etik davranışları, şikayətçiyə qarşı müəmmalı cavab və izahatları biabırçılıqdan savayı bir şey olmayıb.
Eldar Zeynalova “Nə üçün paylanışda mənim ailəmə ev verilməyib?” sualına – “sən gecikmisən vətəndaş, o binaların öz sahibləri var..” və sair sayıqlamalarla ələ salındığını da iddia edən şikayətçi “hara şikayət edirsən get et!” cavabından yaxşı bir sözə şahid olmayıb.
Göründüyü kimi, özünü apara bilməyən, məcburi köçkünün haqqını yeyib sonda da təhqirdən çəkinməyən belə qaba məmurlar bütün hədləri aşıblar.
Samir Abbasov haqlı olaraq deyir ki, sabiq deputat, indiki komitə sədri Rövşən Rzayevin nə özü, nə də qabağa buraxdığı Eldar Zeynalov onlar yaşadığı şəraitdə bircə gün də yaşaya bilməzlər. Acınacaqlı yaşayışa bircə gün də tab gətirməzlər.
Şikayətçi haqqı ədaləti saymayan Qaçqınkom rəhbərliyini bir günlük Göygölə – məskunlaşdıqları mal fermasına qonaq çağırır. Və sonra siyahıya yenidən baxıb vicdanlarına cavab vermələrini istəyir.
Ümidləri hər yerdən üzülən ailə başçısı göydə allaha, yerdə yalnız prezident İlham Əliyevə inandığını qeyd edir. Hesab edir ki, ailəsinə qarşı yer alan haqsızlığın fonunda Göygöl rayonunda məcburi köçkün ailələrinin adına tikilmiş binada kimlərə və hansı əsaslarla mənzillər paylandığını hökumət nəzarətə götürməlidir. Paylanan mənzillər yenidən prezident cənab İlham Əliyevin şəxsi nəzarəti ilə paylanmalıdır. Çünki söhbət 130 ailəyə münasibətdə Qaçqınkomun dövlət adına sərgilədiyi ədalətdən və ya haqsızlıqdan gedir ki, bunları özbaşına buraxmaq olmaz.
Sonda, ölkə başşçısının önəmli bir mesajını da yada salaq: “… İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
Bax, bu vacib mesajı qulaqardı edib şikayətçini evsiz qoyan Qaçqınkom şeflərini və qeyrilərini özlərinin aşıladıqları süni bir problemin həllinə vəsilə olmağa çağırıram…
Demokratik.az
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2020, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2020, 10:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07