İlham Qasımovun “təmizlik nağılları” – Dələduz iş adamı indi kimin adı ilə “pərdələnir?”
Adı dələduzluqda hallanan, konkret desək, şəriki Gülağa Qənbərova (Tənha) 19 milyon dollar maddi ziyan vurduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə isə 12 il müddətinə azadlıqdan məhrum edilən beyləqanlı iş adamı İlham Qasımov keçən ilin dekabr ayında həbsdən azad olundu.
“Beyləqan Xəbərləri” səhifəsinin araşdırmasına görə, İlham Qasımov Gülağa Tənhaya vurduğu 19 milyon dollar məbləğində maddi zərərin böyük bir hissəsini məcburi qaydada geri qaytarmalı olub.
Belə ki, 2018-ci ildə iş adamı Gülağa Tənha ilə aparılan danışıqlardan sonra əldə edilmiş razılaşma əsasında İlham Qasımova məxsus Ukraynada yerləşən bir sıra obyektlər Gülağa Tənhaya yaxın şəxslərin adına keçirilib. Bundan başqa, Qasımovun bank hesabındakı bir neçə milyon manat məbləğində vəsaitin də nağdlaşdırılaraq, Gülağa Tənhaya verildiyi deyilir.
Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində dələduzluğa görə uzun müddətə həbs cəzası çıxarılmış iş adamı İlham Qasımov ölkədə ən çox şikayət olunan “Real” MTK və “Sahil-D Company” tikinti şirkətlərinin sahibi kimi tanınır.
İlham Qasımov həbs edildikdən sonra onlarla şəxs hüquq-mühafizə orqanlarına şikayət edərək, iş adamının onları aldatdığını bildiriblər. Qasımovun ailəsi aldadılan şikayətçilərin bir çoxunun problemini həll etməyə məcbur olsa da, pulu mənimsənilən çox sayda vətəndaşın hüququ indiyə kimi bərpa olunmayıb.
Bu və ya digər səbəblərə görə İlham Qasımovun azadlığa çıxmasını gözləyənlər çoxdur. Ancaq maraqlı məqam bundan ibarətdir ki, dələduzluğa görə 12 il həbs cəzası alaraq, 4 il sonra azadlığa buraxılan İlham Qasımov məhbəsdən çıxdıqdan sonra özü haqqında müxtəlif “nağıllar” uydurmağa başlayıb. O “nağıl”ların əsas süjetlərindən biri isə dələduz iş adamının guya yüksək vəzifəli şəxsin birbaşa göstərişi ilə azadlığa buraxılmasıdır.
Qasımov həm də iddia edir ki, güya o, “dünyaca məşhur rəssam Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi, ancaq indiyə kimi üzə çıxarmadığı bir portretini Moskvada aldıraraq, yüksək vəzifəli şəxsə hədiyyə göndərib”.
Əlbəttə, İlham Qasımovun danışdığı bu “nağıllar”ın cəfəngiyyat olduğunu əksəriyyət bilir. Çünki məşhur rəssam Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi möhtəşəm “Heydər Əliyev” portreti və digər əsərləri 2013-cu ildə Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş etdirilib.
O baxımdan, Tahir Salahov kimi dünya şöhrətli rəssam Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi əsəri “üzə çıxartmaması” və sonra o portreti “pulla İlham Qasımova satması” çox gülünc səslənir.
Tahir Salahovun üzünü belə görməyən və onun əsərləri barədə heç bir məlumata malik olmayan İlham Qasımov Bakıda, Beyləqanda təşkil etdiyi təmtəraqlı məclislərdə uca səslə bildirir ki, məhz Heydər Əliyevin portretini məşhur rəssamdan pulla alaraq, yüksək vəzifəli şəxsə hədiyyə etdiyi üçün həbsdən azad olunub.
Dələduz iş adamı İlham Qasımovu yaxından tanıyan hər kəs, hətta ailə üzvləri də yaxşı bilirlər ki, o, yalan danışır və yüksək vəzifəli şəxsin adından sui-istifadə edərək, özünü “ciddi və əhəmiyyətli iş adamı” kimi qələmə verməyə çalışır. Ancaq ölkədə hər kəsə məlumdur ki, Azərbaycanda İlham Qasımov kimi dələduzluqla məşğul olan xeyli iş adamı mövcuddur və onların da əksəriyyəti hazırda həbsxanalarda öz əməllərinin cəzasını çəkməkdədirlər.
Bu yazının yazılmasının əsas səbəbi yüzlərlə vətəndaşı və bir neçə iş adamını aldadaraq, onlara on milyonlarla manat məbləğində maddi ziyan vuran, buna görə dələduzluq ittihamı ilə 12 il azadlıqdan mərhum edilən İlham Qasımov azadlığa buraxıldıqdan sonra özünü cəmiyyətə “təmiz, heç bir günahı olmayan və yüksək vəzifəli şəxsin nəzərində olan iş adamı” kimi təqdim etməsdir.
Yüksək vəzifəli şəxsin adı ilə özünə müsbət imic formalaşdırmağa çalışan İlham Qasımov çox güman ki, qurban qismində yeni iş adamlarını inandıraraq, onların da pulunu mənimsəməyi düşünür.
Burada ataların məşhur bir misalı çox yerinə düşür: “Qozbeli qəbir düzəldər”.
İlham Qasımovla bağlı araşdırmalarımızı davam etdiririk. Yaxın günlərdə dələduz iş adamına məxsus “Sahil-D Company” və “Real” MTK şirkətlərinin Xətai və Nəsimi rayonu ərazilərində inşa etdikləri binalarda baş verən qanunsuzluqlarla bağlı oxucularımızı daha ətraflı məlumatlandıracağıq.
www.yenicag.az
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2020, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2020, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50