“Lotu Quli” daha bir nəfərin “oğru” titulunu bərpa etdi
Azərbaycanlı “oğru” Nadir Səlifov (“Quli”) iki dəfə kriminal aləmin ali titulundan məhrum edilən Lekso Qalskini (“Lekso Loqua”) yenidən “taclandırıb”.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Lekso Qalskiy 2015-ci ildə və 2018-ci ildə “oğru” titulundan məhrum edilib. Birinci dəfə bu, mərhum Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qərarı ilə baş verib. Həmin vaxt İspaniyadan Rusiyaya qayıdan nüfuzlu kriminalitet Zaxari Kalaşov (“Şakro Molodoy”) Lekso Qalskinin arqumentlərini qəbul etməyib və beləliklə, Rövşən Caniyevin qərarı qüvvədə qalıb.
Həmin il narkotik ittihamı ilə həbs edilən Lekso Qalski həbsxanada başqa bir “oğru”nun “proqon”u ilə üzləşib. Nijni Novqoroddan Lekso Qalskinin cəza çəkdiyi Penzadakı həbsxanaya “etap” olunan Zviad Ozmanov onun “oğru” adlandırılmasını qadağan edib.
2018-ci ildə azadlığa çıxan Lekso Qalski bu dəfə minqrel (Qərbi Gürcastanda yaşayan etnik azlıq) qruplaşmasının hədəfinə gəlib. “Qanuni oğru” Niki Qaqrinskinin toyundan minqrel qruplaşmasının əsas söz sahibləri Lekso Qalskini “oğru” saymadıqlarını bəyan ediblər.
Lakin başqa bir gürcü əsilli “oğru” Beso Zarandiya Lekso Qalskinin reablitasiyasına çalışıb və demək olar ki, istəyinə nail olub. Minqrel qruplaşmasının üzvləri Roland Qeqeçkori və İrakli Buriskeriya Lekso Qalskiyə qarşı olan iddialarını geri götürüblər. Onlar bəyan edib ki, bu daxili mübahisə olub və bitib. Beso Zarandiya həmçinin Lekso Qalskini “oğru” kimi qəbul etməyən Zviad Ozmanovla bağlı da məsələni həll edib. O bildirib ki, Ozmanovun mənsub olduğu yezidlər (İraq, Ermənistan və Gürcüstanda yaşayan etnik azlıq) klanını razı salmağı öz üzərinə götürür.
Quliyə gəlincə, o bütövlükdə Leksonun əleyhinə olmadığını bildirib, lakin ona öz məsələsini bir qədər əvvəl 30-da artıq “qanun oğru”nun iştirakı ilə keçirilən Vaje Biqanişviliyə həsr olunmuş böyük “sxodka”da müzakirə edilən məsələlərə qarışdırmamağı təklif edib.
Bu arada qeyd edək ki, 63 yaşlı “oğru” Vaje Biqanişvili Türkiyədə “Quli”nin qonağı olub. O Nadir Səlifovun kriminal aləmdəki konfliktlərinin müzakirəsində arbitr kimi iştirak etməyi istəyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2020, 13:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2020, 13:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29