reklam
Regionxeberlericom.az » Gündəm » Ceyhun Bayramovun yəqin bundan da xəbəri yoxdur - GİLEY

reklam

Ceyhun Bayramovun yəqin bundan da xəbəri yoxdur - GİLEY


2020-ilin büdcəsində təhsilə ayrılan vəsait əvvəlki illə müqayisədə 40,7 (912,8 milyon manat) faiz artımla proqnozlaşdırılsa da, ölkədə təhsillə, məkəblərlə bağlı kifayət qədər problem var. Halbuki, bu il ümilikdə təhsil büdəsi 3 milyard 155 milyon 800 min manat müəyyənləşdirilib. Büdcədə ayrıca ümumtəhsil məktəblərinə 1milyard 705 milyon 352 min vəsait ayrılıb. Yəni bura məktəbəqədər təhsil, orta ixtisas, ali təhsil daxil deyil. Əslində, ümumtəhsil məktəblərinə kifayət qədər vəsait ayrılıb. Şübhəsiz, burada təhsil müəssisələrinin təmiri və tikintisinə, həmçinin istilik sistemi ilə təmin olunmasına da vəsait nəzərdə tutulub. Buna rəğmən, ölkəmizdə bərbad gündə olan, istilik sistemi olmayan orta məktəblər haqqında şikayətlər gəlməkdədir.

“Təzə məktəbdə də odun peçindən istifadə edirlər”

“Hürriyyət”ə şikayət edən Salyan rayonunun İkinci Varlı kəndinin sakinlərinin sözlərinə görə, məktəbləri 9 illikdir: “10 il bundan öncə, prezdent göstəriş verdi ki, kəndin 9 illik məktəbi sökülsün, amma məktəb sökülmədi, 6 siniflik təzə məktəb tikildi, onun da iki otağında müəllimlər, 4 sinifində də uşaqlar oturur. Qalan uşaqlar isə köhnə məktəbdə oxuyurlar. O da 100-150 ilin palçıqla tikilmiş məktəbidir, tavanı çürüyüb, məktəbin istiliyini odun peçi ilə təmin edirlər. Eləcə də təzə məktəbdə odun peçindən istifadə edirlər. Yəni məktəbə qaz çəkiməyib, hec bir istilik sistemi yoxdur. Peç də tustü qaytarır. Baxın, uşaqlar belə vəziyyətdə orada zülmlə oxuyurlar. Kənd soveti də bunu görür, məktəbin direktoru da var. Heç kimə dərdimizi deyə bilmirik. Elə bil bu kəndin yiyəsi yoxdur”.

“And olsun Allaha, siz köhnə məktəbi görsəniz, ora heyvan salmazsınız”

Sakinlər bildirirlər ki, tək burada yox, Birinci Varlı kənd məktəbi də belədir: “O, 11 illikdir, bizim məktəb isə 9 illikdir. Yoxlama gələndə cibinə pul qoyub, göndərirlər. Heç kim gedib prezidentə məlumat vermir. Nə icra başçısı, nə onun əməkdaşları gəlib baxır. Yəni heç kim yoxdur. Məktəb direktoru tam məktəbi əlinə alıb, öz qohum-əqrabasının adı oradadır, evlərində oturub, özləri də uşaqlarını başqa yerdə oxutdururlar”. Yəni bizim kəndin vəziyyəti belədir. Hələ çəkilən videodakı təzə məktəbin otağıdır. And olsun Allaha, siz köhnə məktəbi görsəniz, ora heyvan salmazsınız, amma nəinki biz ora uşaqlarımızı qoyuruq. Uşaqların yayı, qışı bilinmir. Məktəbə getməyən uşaqları da gəlirlər evində danlayırlar, yaxud hədələyirlər ki, məktəbə gəlin. Yəni uşaqlarımız çox əzabla yaşayırlar. Deputat gəlir ki, “mənə səs ver”. Axı, neynəmisən ki, sənə səs verim? Bələdiyyə gəlir, “mənə səs ver”. Neynəmisən ki, hələ sənə səs də verim? Səs istəyə bilirlər, amma köhnə məktəbimiz bərbad vəziyyətdədir, sanki heyvan damıdır, gəlib baxmırlar. Bu qədər vəzifəli şəxs var, heç biri gəlib problemi həll etmir”.

Sakinlər onu da iddia edirlər ki, məktəbdə heç bir valideyn iclası olmur, müəllimlər valideynlərlə görüş keçirmirlər: “Valideynləri içəri buraxmırlar ki, video yaxud şəkil çəkərlər”.
Hurriyyet.org


Paylaş:


Müəllif : Tarix:
9-03-2020, 10:09
Sikayət   


loading...
Загрузка...