reklam
Regionxeberlericom.az » Gündəm » “Yekə kişisən, o boyda boyun-buxunun var...” – Xalq artistindən deputata SƏRT SÖZLƏR

reklam

“Yekə kişisən, o boyda boyun-buxunun var...” – Xalq artistindən deputata SƏRT SÖZLƏR

“Hər şəhidimizə görə 10 erməni öldürülməlidir. Düşməndən bu cür qisas almalıyıq. Bu, xalqın arzusudur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Ramiz Məlik deyib.
Aktyor tezliklə Azərbaycanın düşmənə layiqli cavab verməli olduğunu deyib:
“Düşünürəm ki, düşmənlə onun anladığı dildə danışmırıq. Bu gün oxudum ki, Rusiya atəşkəsi 19 dəfə pozduğuna görə Türkiyəni ittiham edib. Bu rus həmişə cığal olub. Belə çıxır ki, Əsədin ordusu istədiyini edib, at oynadacaq, Türkiyə də başını aşağıb salıb dayanacaq? Ərdoğan başa düşmür ki, Rusiyaya ümid bəsləyən şamsız qalar? İkincisi, əgər bizim əsgər snayperlə şəhid olursa, sən niyə həmin o nöqtəni vurmursan?! Niyə o dığaları öldürüb, o əsgərin intiqamını almırsan? Bunu mən yox, xalq tələb edir. Əgər bir nəfər sənə əl qaldırırsa, onun cavabını mütləq verməlisən. Əgər sən cavab vermirsənsə, kimdənsə qorxursan. Düşmənlə 100-200 metr aramız var. Onun səngərini topla dağıdıb dünyaya göstərməlisən ki, mənim əsgərimi şəhid edənin anasını ağlar qoyaram. Ermənini ancaq bu cür susdurmaq olar. Allah şəhidlərimizə rəhmət eləsin. Hər şəhid xəbəri məni sarsıdır”.
76 yaşlı aktyor genişmiqyaslı müharibəyə ehtiyac olduğunu vurğulayıb: “Müharibə qaçılmazdır. Birdəfəlik başa düşmək lazımdır ki, erməni ilə danışmaq qeyri-mümkündür. Erməni dığalarında faşizm elə bir həddə gəlib çatıb ki, onlarla danışıq, masa arxasında oturmaq mümkün deyil. Yaşadığım dairəni təmsil edən Asim Mollazadə neçə ildi oturub Milli Məclisdə. İndi deyir erməni deputatları ilə görüş keçirək, onlarla söhbət edək. Yekə kişisən, o boyda boyun-buxunun var, erməni ilə nə danışassan? 20 ildir oturmusan Milli Məclisdə bu vaxta qədər nə etmisən? Erməni deputat da Paşinyanın dediyini deyəcək. O adamlarla danışmaq yox, savaşmaq lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
9-03-2020, 15:01
Sikayət   


loading...
Загрузка...