Təzə başçıya ilk şikayət... - FOTO

İsmayıllı rayon mərkəzi bazarında biabırçı vəziyyət hökm sürür.
Unikal.org-a daxil olan müraciətdə bildirilir ki, ərzaq və digər məhsulların satıldığı bazarda sanitar gigiyena vəziyyəti olduqca pisdir. Belə ki, istər meyvə-tərəvəz, istər ət və ət məhsullarının satıldığı bölmələr, eləcə də toyuq kəsimi və təmizlənməsi yerləri iyrənc vəziyyətdədir. İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, həmçinin, aidiyyatı qurumlarının hər hansı bir nəzarətinin olmadığı göz önündədir.
O da qeyd olunur ki, insanların normal alış-veriş etməsi üçün heç bir texniki imkan yoxdur. Bu günə kimi rayonun əsas mərkəzi bazarının belə bir vəziyyətdə olmasında icra hakimiyyətinin də məsuliyyətsiziliyi olub.
Bu səbəbdən də rayon sakinləri İsmayıllıya yeni təyin olunmuş icra başçısı Nahid Bağırovdan ciddi tədbirlər gözləyirlər.

Paylaş:
Müəllif : Redaktor
Tarix:10-03-2020, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-03-2020, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB