Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin koronavirusla əlaqəsi var? - AÇIQLAMA

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) martın 11-də ölən xəstələrin koronavirusla heç bir əlaqəsi yoxdur.
regionxeberlericom.az bildirir ki, bu barədə Lent.az -a TƏBİB-dən bildirilib.
Qeyd edək ki, martın 11-də ETACXİ-də daha 2 xəstə dünyasını dəyişib.
Xəstələrdən biri - 34 yaşlı xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.
Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.
Digər xəstənin 21 yaşı olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.
Xatırladaq ki, sonuncu dəfə fevralın 11-də iki xəstə dünyasını dəyişmişdi.
Son bir neçə ayda isə Ağciyər Xəstəlikləri İnstitutunda 13 xəstə ölüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2020, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2020, 12:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT