reklam
Regionxeberlericom.az » Gündəm » Mikayıl İsmayılov da yola salınır? - İDDİA

reklam

Mikayıl İsmayılov da yola salınır? - İDDİA


SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla bağlı araşdırmaların başlandığı bildirilir.

Bu barədə arqument.az-a SOCAR-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar yüksək səviyyədə gələn tapşırıq əsasında həyata keçirilir.

Mənbə deyib ki, vitse-prezidentin fəaliyyəti ciddi şəkildə araşdırılır.

Onun fəaliyyəti dövründə korrupsiyaya yol verdiyi ilə bağlı yayılan informasiyalar da incələnir.

Bu üzdən Mikayılov özü ilə bağlı yayılan məlumatların böyük bir qismini internet resurslardan təmizlətdirib.

Məlumatda qeyd olunur ki, Mikayıl İsmayılovun adı dəfələrlə "NOBEL OİL" şirkəti və keçmiş MTN olayı ilə də hallandırılıb.

Mənbə bildirib ki, son günlər ölkədə icra başçıları, nazir müavinləri ilə bağl ölkə başçısının tapşırığına əsasən aparılan korrupsiya yoxlamaları vitse-prezidentdən də yan keçməyib.

"Hələlik deyə bilmərik ki, Mikayılov bu yoxlamalardan necə çıxacaq. Ümumiyyətlə, fəaliyyəti, əldə etdiyi sərvət və digər məsələlərla bağlı xeyli informasiya var", - deyə mənbə bildirib.

O, yoxlamların hansı qurumlar tərəfindən aparıldığını da açıqlamayıb: "Yəqin ki, yaxın günlərdə hər şey aydın olacaq".


Paylaş:


Müəllif : Tarix:
13-03-2020, 09:52
Sikayət   


loading...
Загрузка...