reklam
Regionxeberlericom.az » Gündəm » Deputatın oğlu məhkəməyə verildi - 1 milyon dollar istənilir

reklam

Deputatın oğlu məhkəməyə verildi - 1 milyon dollar istənilir


Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edib. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib.

Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.

Bundan öncə də mətbuatda Azər Əmiraslanovun adı bir çox qalmaqallı işlərdə hallanıb.


Paylaş:


Müəllif : Tarix:
13-03-2020, 13:36
Sikayət   


loading...
Загрузка...