Məktəb pəncərəsini şuruplatmaq çıxış yoludur? - Ekspert danışır
Əslində, məktəbdə normal mühit olsa, hətta pəncərələri taybatay açıq da saxlamaq olar. İntiharların qarşısını almaq üçün məktəb binalarında dəyişiklik etmək, pəncərələrə barmaqlıqlar vurmaq lazım deyil. Məktəbdə elə bir şərait yaradılmalıdır ki, hətta evində problem yaşayan şagird buna təhsil ocağında çarə tapa bilsin.
regionxeberlericom.az bildirir ki, bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov 162 saylı məktəbdə baş verən intihar hadisəsindən sonra bəzi direktorların məktəb pəncərələrinin dəstəyini çıxartdırmasına və şuruplatmasına münasibət bildirərkən deyib. Ekspert açıqlamasında məktəblərdə sağlam mühitin olmadığını qeyd edib:
“Məktəb rəhbərliyi problemli, çətin idarə olunan şagirdlərdən məlumatlı olmalıdır. Rəhbərliyin, peşəkar pedaqoqun işi də məhz budur: şagirdlə işləməyi bacarmalıdır. Yəni məktəb direktorları təkcə otağında oturub kimisə qəbul etmək üçün nəzərdə tutulmayıb ki! Direktorun işi tez-tez dəhlizdə gəzib, otaqlara anidən baş çəkmək, müəllimlərlə uşaqlar barədə danışmaq, təhsil müəssisəsinə rəhbərlik və nəzarət etməkdir. Paralel olaraq hər məktəbdə normal çalışan psixoloq olmalıdır. Məktəb psixoloqu tam şəkildə işləməlidir. Təəssüf ki, orta məktəblərdə psixoloq xidməti keyfiyyətli deyil”.
Xarici ölkələrdə məktəblərdəki təhlükəsizlik tədbirlərindən danışan ekspert bildirib ki, bu kimi problemlərə qarşı dünyanın inkişaf etmiş ölkələrində şagirdlərə fərdi qaydada psixoloq xidməti göstərilir:
“Bizdə həm qızlar, həm də oğlanlar üçün eyni psixoloq var. Hər cins üçün ayrıca bir psixoloq olmalıdır. Bir çox məktəbdə şagirdlərin çoxu psixoloqun kim olduğunu da bilmir. Ya da uşaq dərdini psixoloqa danışmağa çəkinir, müraciət etmir. Axı şagird özü gedib psixoloqa müraciət etməməlidir. Müəllim, rəhbərlik uşaqdakı davranış problemini müəyyən edib psixoloqa bildirməlidir ki, o uşaqla işləsin, ona diqqət ayırsın. Məktəb təkcə uşağın təhsil aldığı yer deyil, uşağın gününün çox hissəsini keçirdiyi bir yerdir. Bu baxımdan müəllimlərin, məktəb psixoloqunun, rəhbərliyin məsuliyyəti daha çoxdur. Şagird məktəbdə daha çox olduğu üçün onun durumunda, vəziyyətində problemin olduğunu məktəbdəkilər daha yaxşı bilə bilər”.
K.Əsədov bildirib ki, tənəffüs vaxtı məktəb dəhlizlərində növbətçi müəllimlər olmalı, nəzarət yüksək səviyyədə təşkil olunmalıdır:
“Nəzarətdən başqa, orta məktəblərdə ilkin tibbi yardımın göstərilməsi də yaxşı səviyyədə deyil, bu problem də həll olmalıdır. Bədbəxt hadisə adi şəraitdə də baş verə bilər. Bu zaman normal ilkin tibbi müdaxilə hər hansısa xoşagəlməz halın qarşısını ala bilər. Bunun olmaması hansısa şəkildə yaralanmış məktəblinin ölümü ilə nəticələnə bilir”.
Qeyd edək ki, 162 nömrəli məktəbdə 8-ci sinif şagirdinin intiharından sonra Sabunçu rayonunda yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov məktəbin pəncərələrinin dəstəyini çıxartdırıb və şuruplatdırıb. Onun bu təhlükəsizlik addımları birmənalı qarşılanmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2019, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2019, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32