FHN-nin Biləsuvar gömrüyündə koronavirus rəzaləti – VİDEO
Azərbaycan ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında çadır şəhərciyi salıb.
Həmin çadırlara İrandan Azərbaycana keçən insanlar saxlanılır.
FHN-nin bu gün yaydığı məlumata görə, şəhərcikdə indiyədək 2 183 nəfər (670 nəfər Azərbaycan Respublikası, 336 nəfər Rusiya Federasiyası, 1 168 nəfər İran İslam Respublikası, üç nəfər Gürcüstan, üç nəfər Belarus Respublikası və hər birindən bir nəfər olmaqla Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Almaniya Federativ Respublikası vətəndaşları) müayinədən keçirilib və onlardan 27 nəfərdə koronavirus əlamətləri aşkar edilib.
“Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib”, - nazirliyin rəsmi məlumatında belə deyilir.
Məlumatda o da vurğulanır ki, hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində saxlanılır və onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Yəni digər 2100-dən artıq adam bu çadırlarda bir az saxlanıldıqdan sonra evlərinə buraxılıblar.
Çadırlardakı vəziyyətə gəlincə, FHN-nin iddiası bu cürdür:
“Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Qəbul-çeşidləmə məntəqələrində müvəqqəti qalan insanlar burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirirlər".
Görəsən, doğrudanmı çadır şəhərciyində hər şey bu qədər güllük-gülüstanlıqdır?
Gəlin, bu sualın cavabını şəhərcik sakinlərinin öz dilindən eşidək:
Göründüyü kimi, FHN-nin Biləsuvardakı çadır şəhərciyində vəziyyət heç də ürəkaçan deyil. Başqa dövlətlərin təcrübəsində karantində olan insanlar ayrı-ayrı otaqlarda saxlanıldığı halda Biləsuvarda hər kəsi eyni çadıra doldurublar. Üstəlik, onlar bir-biriylə rahat əlaqə saxlaya bilir və təmas qura bilirlər. Bu da istər-istəməz sağlam adamları da virusa yoluxma riski ilə üz-üzə qoyur. Elədirsə, bunun harası karantindir?
Bu görüntüləri inciləyəndə digər suallar da ortaya çıxır: Koronavirusla mübarizə Səhiyyə Nazirliyinin işi olmalıdır. Adi bir yanğın belə söndürə bilməyən FHN niyə onda başqa bir qurumun işinə müdaxilə edir? Olmaya, koronavirus Azərbaycanda korrupsiya üçün yeni imkanlar yaradıb və dövlət qurumları bu fürsəti başqasına ötürməmək yarışına giriblər? FHN-nin Biləsuvarda koronavirus şübhəliləri üçün yaratdığı “normal yaşayış üçün hər cür şərait, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s.” kimi imkanların görüntüləri yalnız bu ritorik sualları ağla gətirir./ovqat.com/
Paylaş:
Müəllif : Fuad
Tarix:16-03-2020, 20:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-03-2020, 20:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25