Təhsil nazirliyində nə baş verir? -İNTRİQALAR, “ÜÇÜNCÜ ƏLLƏR”, “NAZİRLİK İÇİNDƏ NAZİRLİK”
Son illər Azərbaycan təhsilinin inkişafı üçün atılan addımlar,görülən tədbirlər ayrıca bir tədqiqatın mövzusudur. İstər dövlət başçısı,istərsə də Birinci vitse-prezident tərəfindən göstərilən diqqət və qayğı aparılan siyasi xətdə xüsusi prioritet təşkil edib. Milyardlarla vəsait sərf olunub,yeni məktəb binaları tikilib, görülməsi mümkün olanından da artıq işlər görülüb. Düzdür, artıq təhsil sistemi 10 il əvvəlin “fond pulu” yığan imicindən uzaqlaşıb. Amma, heç də hər şeyin ideal səviyyədə olduğunu, gözləntilərin tam doğrulduğunu iddia etmək olmaz. Problemlər var,özü də kifayət qədərilə,yetərincə…
Misir Mərdanovdan sonra Təhsil nazirliyində aparılan kadr islahatları sistemin tamamilə yenilənməsinə hesablansa da məmur dəyişikliklərindən uzağa getmədi. İlk öncə qeyd edək ki, təhsil sisteminə tamamilə yabançı kadrların nazirliyə gətirilməsindən sonra millətin gələcəyi hesab olunan bir sahədə vergi müfəttişləri, iqtisasçılar, gömrük mütəxəssisləri əsas söz sahiblərinə çevrildilər. Müəllimə vergi ödəyicisi gözü ilə yanaşan bu “İSLAHATÇILAR” təhsil sistemində gestapo rejimi yaratmaqla qorxu,xof mühiti formalaşdırıb, qəfil yoxlamalarla məktəbləri səksəkə içərisində saxlayıb. Yəqin gələcəkdə təhsilimizin bu günlərini tədqiq edənlər dövrümüzü inzibati-amirlik mərhələsi kimi xarakterizə edəcəklər. Çünki,bu gün təhsildə formalaşdırılan mühit müəllimin qorxu içərisində saxlanılmasına,müti bir vergi ödəyicisinə çevrilməsinə xidmət edir.
Mikayıl Cabbarovun hələ də nəfəsi duyulan təhsil sistemində təcili və təxirəsalınmaz islahatların aparılması zəruridir. Diqqətli oxucularımız yəqin ki,xatırlayarlar. “Kimi təhsil naziri görmək istərdiniz?” sorğusu keçirmişdik və böyük üstünlüklə C.Bayramov bu sorğunun qalibi olmuşdu. Az sonra cənab Prezidentin əmrilə bu istək reallaşmışdı. Zaman göstərdi ki, bizim də alqışladığımız bu etimadı nazir və ətrafındakı komandası tam doğrulda bilmədi. Aparılan müşahidələr göstərilir ki, bu gün də təhsil nazirliyi kənardan idarə olunur. C.Bayramov sanki “MÜQƏVVA NAZİR” funksiyasını yerinə yetirir. Görünən odur ki, təhsil naziri kiminsə iradəsini həyata keçirir, başqalarının istəklərinin reallaşdırılmasına vasitəçilik edir. Təhsil sistemini çökdürmək üçün bundan yaxşı plan ola bilməz.
C.Bayramov, müavini M.Vəliyeva nazirlikdə baş verən proseslərə tam nəzarət edə bilmirlər, təhsil nazirliyi müxtəlif maraqların toqquşduğu,müxtəlif qruplaşmaların mənafelərinin təmin olunduğu bir sistemə çevrilib. Naziliyin rəhbər strukturu hər biri müxtəlif qruplaşmanın maraqlarını təmin edir-bircə bədbəxt təhsilin maraqlarını təmin edən yoxdur. Məhşur nağılda olduğu kimi arabanı hərə öz tərəfinə çəkir-araba isə tərpənmir ki,tərpənmir!
Saytımıza daxil olan məlumatlara görə, nazirliyin üst təbəqəsində özünə yer edən belə insanlar əslində C.Bayramova formal olaraq tabedirlər. Aldığımız məlumata görə, onlar nəinki nazirə tabedirlər,əslində əmri və göstərişi kənardan alır,elə hesabatı da kənara verirlər. Belə kadrlardan biri də nazirliyin Daxili nəzarət şöbəsinin müdiri İlqar Mahmudovdur. Bu şəxsin bütün fəaliyyəti nazirliyin daxilində sabotaj yaratmaqdan,narazılıq formalaşdırmaqdan ibarətdir. Keçmiş SSRİ dövründəki NKVD funksiyasını oynayan bu qurum məktəb rəhbərlərinin, rayon təhsil şöbələrinin dəhşətli yuxusuna çevrilib. KQB-dən, NKVD-dən daha dəhşətli olan bu qurumu İlqar Muradov əsl pul kəsən maşına çevirib.
Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. Təbii ki,bu müvəqqəti rahatlıq növbəti narahatlığa qədər davam edir. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib.
“200 minlik kollec əməliyyatı” — Paytaxtda «DİREKTOR OVU»
Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir.
Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin Daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimaiyyətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır.
İ.Mahmudov rəhbərlik etdiyi şöbəni direktorlara təzyiq etmək, onları vəzifədən çıxarmaq və ya vəzifədə saxlamaq üçün təzyiq vasitəsinə çevirib. Dünyanın indiki zamanında bu şöbə hələ də 37-ci il təfəkkürü ilə hərəkət edir, amma qorxunun, təzyiqin sonu Bayılda və ya Sibirdə bitmir. Bütün dəhşətlərin sonu İ.Mahmudovun müəyyən etdiyi qiymətlər cədvəlindən keçir.
BŞTİ-nin icraçı rəhbəri kimi desək R.Tağıyevin nəinki təhsil sisteminə bağlılığı,eləcə də idarəetmə qabiliyyəti sıfıra bərabərdir. O, daha yaxşı icraçıdır-verilən əmrləri reallaşdırmağı,yuxarıdan edilən telefonları cavablandırmağı əla bacarır. Zatən BBTİ hələ də “özü burda olmayıb ürəyi burda olanlar” tərəfindən yönəldilir. Nədənsə Elnur Əliyevin maliyyəçi barmağı hələ də BBTİ-nin cibindən çıxmır. Elə R.Tağıyev də bu barmağın cazibə dairəsindədir. Beləcə BBTİ Vergilər Nazirliyinin bir sektoru kimi fəaliyyət göstərməkdə davam edir! Belə bir şəxsin təhsil sahəsində hələ yüksək postda qalması birbaşa dövlət başçısının, Mehriban xanımın təhsilin inkişafı naminə gördüyü böyük işlərə zərbə vurmaqdan başqa bir şey deyildir.
Son dövrlər ölkədə aparılan kadr islahatları dövlət başçısının siyasi iradəsinin təzahürüdür. Etiraf edilməlidir ki, Mikayıl Cabbarov prezidentin ən uğurlu təyinatlarından biri kimi işlədiyi bütün vəzifələrdə ona göstərilən etimadı doğruldub. Elə təhsil naziri olduğu dönəmlərdə atdığı mütərəqqi addımlar indi də təqdir olunmaqdadır. Təəssüf ki, eyni sözləri onun təhsil sistemində qalan kadrları barədə demək mümkün deyil. Bu şəxslər bəlkə də yaxşı iqtisadçı, vergi müfəttişidirlər. Amma bu insanların təhsil sisteminə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur.
M.Cabbarovun təhsilimizə ən böyük töhvəsi bu insanları tezliklə öz sahələrində görəvləndirmək olardı.
Bu gün paytaxtın prestijli məktəblərində “DİREKTOR OVU” aparılır. Müxtəlif təzyiq vasitələri ilə direktorlar vəzifədən azad olunur,əvəzində yeniləri görəvə gətirilir. Təbii ki, bu zaman səriştə,bilik və təcrübə heç də əsas rol oynamır. Elə 53 saylı məktəbdə baş tutan son belə əməliyyat da dediklərimizin sübutudur.
Yuxarıda qeyd etdiyimiz bütün bu biabırçılıqlar isə C.Bayramovun,müavini M.Vəliyevanın gözləri önündə baş verir. Proseslərə diqqət etdikdə belə qənaətə gəlmək olar ki, onlar ya proseslərə müdaxilə etmək imkanında deyillər, ya da etmək istəmirlər. Hər iki halda isə əsas zərbə təhsilimizə, onun gələcəyinə vurulur.
Təhsil sistemi pedaqoqların nəzarətinə keçməlidir
Dövlət başçısının, xüsusilə Mehriban xanımın təhsil sisteminə göstərdiyi böyük diqqət nəticəsində son illərdə böyük uğurlar əldə edilib. Çəkilən zəhmət artıq ilkin bəhrələrini verir. Belə bir məqamda ölkənin təhsil sisteminin inkişafına mane olan bu yersiz intriqalar,qeyri-peşəkar idarəetmə kimlərin maraqlarına xidmət edir? Təhsillə elə də ciddi bağlılığı olmayan şəxslərin ümidinə qalan Azərbaycan təhsilini acınacaqlı duruma salmaq bilavasitə dövlətin bu sahədə atdığı inqilabi addımlara badalaq vermək deyilmi? Cənab Prezidentin, Mehriban xanımın yüksək diqqət ayırdığı təhsil siyasəti adlarını çəkdiyimiz şəxslər tərəfindən yerlərdə sürünür, korrupsiyanın və rüşvətin qurbanına çevrilir. Ölkədə ciddi islahatların aparıldığı bir zamanda bu qədər arxayınlıqla hərəkət etmək, rüşvəti gündəlik iş prinsipinə çevirmək anlaşılan deyil. Adlarını çəkdiyimiz şəxslər sanki qəsdən ciddi narazılıq formalaşdırırlar.
Hesab edirik ki, təhsil sistemində ciddi struktur dəyişiklikləri aparılmalıdır. Bu sahədə rəhbərliyə təhsil sisteminə bağlı olan şəxslər gətirilməlidir. Təhsilin problemlərinə bələd olan,onların həlli yollarını bilən, intriqalardan, şəxsi maraqlardan uzaq olan peşəkar bir komanda bu problemləri həll edə bilər. Ölkə təhsilini hansısa kənar nazirliyin maraqları prizmasından idarə edən, inzibati-amirliyi,qorxunu,xofu islahat hesab edən adamların atdığı addımlar ilk növbədə dövlət siyasətinə zərbə vurur. Tezliklə bu şəxslər təhsil sistemindən uzaqlaşdırılmalı,öz sahələrində görəvləndirilməlidir. Təhsil sistemi pedaqoqların nəzarətinə keçməlidir-bütün hallarda müəllimlər dövlətin vergisini vaxtlı-vaxtında ödəyəcəklər!
//Rubrika.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:18-03-2020, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-03-2020, 08:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45