Qarabağ qazilərinin Mübariz Mənsimovun hüquqlarının müdafiə komitəsi müraciət yaydı
Xəbər verdiyimiz kimi bir neçə gün öncə "Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı olan iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb. Məhkəmə FETÖ istintaqı çərçivəsində saxlanılan Mübariz Mənsimov barəsində həbs qərarı verib.
Qarabağ qazilərinin Mübariz Mənsimovun hüquqlarının müdafiə komitəsinin müraciəti daxil olub. Sözügedən müraciəti olduğu kimi təqdim edirik:
"TÜRKİYƏ RESPUBLİKASI PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN BƏYƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV BƏYƏ
AZƏRBAYCAN RESPUBLİKASININ 1-Cİ VİTSE-PREZİDENTİ, XANIM MEHRİBAN ƏLİYEVAYA
Surəti : 1. TÜRKİYƏ MİLLİYYƏTÇİ HƏRƏKAT PARTİYASININ SƏDRİ DÖVLƏT BAXÇALI BƏYƏ
2. AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ SƏFİRLİYİNƏ
3. TÜRKİYƏ RESPUBLİKASININ BAKI BÖYÜK ELÇİLİYİNƏ
4. AZƏRBAYCAN RESPUBLİKASININ İSTANBUL BAŞ KONSULLUĞUNA
5.DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN HƏMSƏDRİ, MİLLƏT VƏKİLİ SABİR
RÜSTƏMXANLI BƏYƏ
B A Ş V U R U - M Ü R A C İ Ə T
Sayğılı dövlət başçıları!
Sizə müraciətimiz iki gün öncə məhkəmə qərarı olmadan yaşadığı evə basqın edilərək saxlanılan Azərbaycan iş adamı, messenat Mübariz Mənsimovun istintaqın gedişində girov qarşılığında həbsdən azad edilməsi ilə bağlıdır. Biz əminik ki, soydaşımız məkrli düşmənçilik sifarişi ilə saxlanılıb və bu zaman onun şəxsi həyat , mənzil toxunulmazlığı hüquqları pozulub. Ona qarşı irəli sürülən ittihamların bir neçə il öncə incələnərək təsdiqini tapmaması da həbsin sifarişli olduğunu göstərir . Eyni zamanda Mübariz Mənsimov bir neçə gün öncə ağır cərrahi əməliyyat keçirib və məhbəs rejimində qalması sağlamlıq durumuna böyük təhlükədir. Toplumsal müdafiəçisi olduğumuz şəxsin baş verənlərə etiraz olaraq aclıq aksiyası keçirməsi bu təhlükəni daha da artırır. Sizdən Türkiyə vətəndaşı olan Azərbaycan oğlunun həyatının qurtuluşu adına səlahiyyətinizdən yararlanmağı diləyirik. Yüz il qabağın olmayan “erməni soyqırımı”nı Türkiyənin ortasında “tanıdan” , dünənin Xocalı soyqırımını görməyən hansısa Hranta görə “hamını erməni edən” Ərdoğan bəy bu gün “hamımız Mübarizik” deyə TÜRKÜN müdafiəsinə qalxa bilməz? Heç çağ olmadığı kimi, bu gün bir olmalıyıq, MÜBARİZ olmalıyıq!
Sayğılı Ərdoğan bəy!
Sayğılı İlham bəy və Mehriban xanım!
Sizdən ədalət adına yapılan qanunsuz , sifarişli həbsə hüquqi don geyindirmək çabalarını durdurmağı , Mübariz Mənsimovun zaminə buraxılmasına yardımçı olmağınızı diləyirik.
Sayğılarla,
Komitənin baş katibi Məğrur Bədəlsoy
P. S. Koronavirus epidemiyası kütləvi tədbirlər keçirməyə qadağa qoyduğundan, Bakıdakı Türkiyə Böyük Elçiliyinin qarşısında “ Mübariz Mənsimova azadlıq!“, “Sifarişlə ana- bacılarının yataq otağına soxulan Türkiyə polisinə ar olsun!” şüarları ilə planlaşdırdığımız etiraz piketini ertələyib, müraciətimizi elektron qaydada çatdırırıq."
Paylaş:
Müəllif : Fuad
Tarix:18-03-2020, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-03-2020, 14:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52