Nazirlər Kabinetinin yaşı 65-i keçən üzvləri... - Ən qocamanının 74 yaşı var
Azərbaycanda Nazirlər Kabinetinin dörd üzvünün yaşı 65-dən yuxarıdır.
Oxu.Az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 66 yaşı var.
Baş nazirin müavini Əli Əhmədovun 67 yaşı tamam olub.
Səhiyyə Naziri Oqtay Şirəliyev də yaşı 65-dən yuxarı olanlar sırasındadır (70 yaş).
Baş nazirin birinci müavini Yaqub Eyyubov isə Nazirlər Kabinetinin ən yaşlı üzvüdür. Onun 74 yaşı var.
Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 24 martdan 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.
Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.
Səhiyyə nazirinin müavini Viktor Qasımov martın 23-də mətbuat konfransında deyib ki, tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər:
“65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək”, - deyə o bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-03-2020, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-03-2020, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52