Səlim Müslümovdan qalan miras - PROBLEM
Məlum olduğu kimi, ölkəmizdə işsizlik ciddi problemlərdən biridir. Bu problem şübhəsiz ki, həm də fiziki qüsurlu insanları, o cümlədən də Qarabağ qazilərini də əhatə edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, "ASAN Xidmət" mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır". Onun sözlərinə görə, "ASAN Xidmət" mərkəzlərində bəzi şəhid ailələrinin üzvləri də müxtəlif işlərlə təmin olunub: "Bu da o deməkdir ki, dövlətin şəhid ailələrinə və qazilərə dəstəyi göz qabağındadır. Biz işlə bağlı məsələlərdə şəhid ailələrinə üstünlük veririk".
Fiziki qüsurlu şəxslərin böyük bir qismi isə, ümumiyyətlə müəssisə və təşkilatların onların işləməsi üçün şərait yaratmağa borclu olduğundan xəbərsizdir. Belə ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna görə, müəssisə və təşkilatlar əlillərin işə qəbulu ilə bağlı kvota ayırmalıdırlar. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Hətta Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Qanuna əsasən, müəssisə və təşkilatlarda çalışan işçilərin 3%-ni fiziki qüsurlu şəxslər təşkil etməlidirlər.
Bəs, qanunun tələblərinə necə riayət olunur? Ölkəmizdə fiziki qüsurlu şəxslərin, o cümlədən də Qarabağ qazilərinin işlə təminatı hansı səviyyədədir?
“Nazirlik I qrup əlillərin hamısına “sizə iş yoxdur, çıxın gedin” deyir”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında qanunun bu müddəasının işləmədiyi bildirib:
“Bu müddəa əvvəlki qanunda da var idi. 2014-cü ildə BMT-nin Əlillliyi olan şəxslərin müdafiəsi üzrə Komitənin sessiyasında Azərbaycan ilk hesabatını təqdim edən zaman sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da elan etdi ki, bizdə bu müddəa işləmir və formal xarakter daşıyır. Sabiq nazir bunun səbəblərini də açıqladı. Mən də həmin sessiyada iştirak edirdim. Yenidən bu müddəanı qanuna daxil etdilər. Həmin səbəblər qaldığı halda nazirliklə Milli Məclisdə Hadı Rəcəblinin rəhbərlik etdiyi Əmək və Sosial siyasət komitəsi yenidən formal olaraq bunu qanuna saldılar. Hər hansı bir ekspertin rəyi soruşulmadı ki, biz buna hazırıq, ya yox. Əlbəttə, hamı da əvvəlcədən bilirdi ki, bu, populist bir müddəadır və buna əməl etmək mümkün olmayacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özü elə I qrup əlillərin hamısına “Sizə iş yoxdur, çıxın gedin”,-deyir. Bu nazirlikdən hansı islahatı gözləmək olar? Bu nazirlik müəssərliklə bağlı heç bir iş görməyib. Bu gün əlilliyi olan şəxs evindən çıxıb avtobus dayanacağına qədər gedə bilmirsə, o, harada işləyəcək?”.
Ekspert deyir ki, müəssisələr iş qabiliyyətli əlilliyi olan şəxslərin də işlə təmin olunmasından imtina edilir:
“Çünki əlillliyi olan şəxslərin bütün imtiyazları işəgötürənin üzərinə qoyulur. Məsələn, əgər digərlərinə 21 gün məzuniyyət nəzərdə tutulursa, onlar üçün 40 gün məzuniyyət nəzərdə tutulur, onlar üçün qısaldılmış iş günü və s. imtiyazlar var. Bunların bir hissəsinin ödənişləri dövlət tərəfindən təmin olunmalıdır. Dövlət bunun üçün xüsusi fond yaratmalıdır. Hələ köhnələrini demirəm, heç bir yeni yaradılan müəssisədə müəssərlik təmin olunmayıb. Heç ƏƏSMN-nin binasına təkərli araba ilə daxil olmaq mümkün deyil, bunu başqasından necə tələb etmək olar? Sovet dövründə sosial müəssisələr var idi ki, orada əlliliyi olan şəxslər işləyirdilər, indi onlar da yoxdur. Ona görə də bu müddəa işləməyəcək. Qanuna əlavə edilsə də, cərimə tətbiq olunsa da, vəziyyət düzəlməyənə qədər bu işləməyəcək”.
Mərkəzi icra orqanlarında bununla vəziyyət necədir? Bir neçə nazirliyin rəsmisi ilə əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı sorğu keçirdik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı «Cümhuriyət» qəzetinə açıqlamasında dəqiq statistika açıqlaya bilməsə də, nazirlikdə və onun sturukturlarında şəhid ailələrinin üzvləri, Qarabağ qazilərinin çalışdığını dedi:
«Ümumiyyətlə, həssas təbəqədən olan şəxslər, o cümlədən də əlilliyi olan şəxslər nazirliyin sturukturlarında çalışırlar və onlar işlədikləri sturukturlarda fəaldır, gözəl nəticələr verirlər».
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov «Cümhuriyət» qəzetinə açıqlamasında bildirdi ki, təhsil sistemində bəlkə də yüzlərlə Qarabağ qazisi, onların övladları, həm də şəhid ailəsinin üzvləri çalışır:
“Bu kateqoriyadan olan məktəb rəhbərləri, direktor müavinlər, müəllimlər var. Bir faktı deyim ki, Goranboy rayonunda fəalliyyət göstərən 3 saylı məktəbin direktoru Məhəmməd müəllim Milli Qəhrəmandır. Təhsil sistemində bu say böyükdür. Bu gün təhsildə kifayət qədər qazi, şəhid övladları çalışır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayyə Əhmədova səhiyyənin spesifikasına diqqəti çəkib:
“Bura elə bir sektordur ki, tibbi təhsili olan insanlar çalışır. Tibb Universitetini bitirdikdən sonra onlar rezidenturaya qəbul olunurlar, müxtəlif proseslərdən sonra işə götürülürlər. Bu kateqoriyadan olan insanlar müraciət edən zaman təbii ki, onlara diqqətlə yanaşılır, amma işə qəbul xüsusi prosedur qaydası ilə aparılır. Hazırda tibb sahəsində şəhid ailəsinin üzvü olan həkimlər, tibb bacıları çalışır. Dövlətin qayğısından kənarda qalmayan insanlar Səhiyyə Nazirliyinin qayğısından niyə kənarda qalmalıdır?”
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2019, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2019, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09