reklam
Regionxeberlericom.az » Gündəm » Tələbələr Naxçıvanda karantindədirlər, yoxsa... – ŞOK VİDEO-FAKTLAR

reklam

Tələbələr Naxçıvanda karantindədirlər, yoxsa... – ŞOK VİDEO-FAKTLAR

Naxçıvanda karantin altına alınan tələbələr barədə ziddiyyətli məlumatlar gəlməkdədir.

Ovqat.com-un bildirdiyinə görə, saxlanılma şəraitləri ilə bağlı şikayət edən tələbənin dünən yeni görüntüsü yayılıb. Naxçıvanın rəsmi xəbər portalları tərəfindən yayılan yeni görüntüdə həmin tələbə çıxış edərək, Muxtar Respublika rəhbərliyinin onlara göstərdiyi qayğı və diqqətdən ağız dolusu danışıb və müxalif media qurumları tərəfindən fikirlərinin təhrif edildiyini bildirib.

Tələbənin son çıxışı

Maraqlıdır ki, videoda tələbələrin saxlanıldığı karantin rejimi də əks olunub. Tələbənin bələdçiliyi ilə aparılan çəkilişdə Duzdağ Fizioterapiya Mərkəzinin şaxtasında 3 cərgə halında yan-yana düzülmüş yüzdən artıq çarpayı göstərilir və karantinin bu şəkildə təşkil edildiyi etiraf olunur. Halbuki, ötən yazımızda da qeyd etdiyimiz kimi 150 tələbənin kollektiv şəkildə bir şaxtanın içərisində saxlamağın özü karantin qaydalarının pozulması deməkdir. Bu iddianı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da mətbuata verdiyi açıqlamada rəsmən bəyan edərək demişdi: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.

Duzdağda isə 150 nəfər eyni şaxtada və yaxın təmas halında saxlanılır və bu Naxçıvan MR rəhbərliyi tərəfindən video-görüntüsü çəkilərək təsdiqlənir.

Saxlanma şəraiti barədə bütün detallarına qədər məlumat verən tələbənin bir gün öncə yayılan çıxışında fikirlərinin təhrif olunduğuna dair iddiaları isə inandırıcı görünmür. Haqqında danışılan videoda onun bütün sözlərinin öz dilindən səsləndirildiyi, bir başqa görüntüdə isə hətta yoldaşlarının etiraz aksiyasını yönəltdiyi, hər kəsin bir ağızdan səsləndirdiyi “biz yük deyilik, vətəndaşıq” şüarına AMİGO-luq etdiyi açıq görünür.

Tələbənin ilk çıxışı

Bu da təhrif olunub?

Bəs, tələbənin fikirlərinin birdən-birə dəyişdirməsi nəylə bağlı ola bilər?

Zənnimizcə, bu sual dünən müxtəlif internet TV-lər tərəfindən yayımlanan videolarda bütün çılpaqlığı ilə öz cavabını tapıb. Videolarda bir tələbə qız ağlaya-ağlaya polis zorakılığına məruz qaldıqlarını iddia edərək, imdad diləyir. Mümkündür ki, dünən başqa, bu gün başqa fikirlər səsləndirən Duzdağdakı gənci “ağıllandıran” da elə Naxçıvan polisinin kötəyidir. Azərbaycanın müvafiq qurumlarının bu ehtimalı ciddi şəkildə araşdıracağına, muxtar özbaşınalığın qarşısını almaq üçün lazımi ölçü götürəcəyinə inanırıq.

Biz isə hələlik "muxtar özbaşınalıq" iddialarına işıq tutan görüntüləri təqdim etməklə kifayətlənirik. //ovqat.com//



Paylaş:


Müəllif : Tarix:
28-03-2020, 11:21
Sikayət   


loading...
Загрузка...