Oqtay Şirəliyevin nazirliyi xalqı ələ saldı - İTTİHAM
Məlum olduğu kimi, martın 26-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclasında xüsusi karantin rejiminin tətbiqi, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub. Həmin iclasda vurğulandı ki, ölkədə texniki spirtə tələbatı qarşılamaq üçün bütün tədbirlər görülür. Amma artıq 1 həftəyə qədər vaxt keçsə də, bu sahədə hər hansı irəliləyiş nəzərə çarpmır.
Yenə də apteklərdə nə maska, nə də spirt tapılır. Bzi apteklərə gətirilən 250 qramlıq 30 ədəd spirt və 50-100 ədəd maska da yarım saatın içində satılıb qurtarır. Bakı şəhəri və ətraf qəsəbələr daxil olmaqla ölkə paytaxtında belə bir vəziyyət hökm sürdüyü halda rayonlardakı durumdan danışmaq yersizdir.
AzToday.az xəbər verir ki, bu vurhavurda Səhiyyə Nazirliyinin əhaliyə növbəti çağırışı lap vətəndaşları təhqir etmək səviyyəsində olub. Belə ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunmasını tövsiyə edib, bu azmış kimi adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulunun təhlükəli və yolverilməz olduğunu xatırladıb.
Bunlardan soruşan yoxdur ki, bu spirt “yağlı əppəyə dönüb” buxarlandığı, onun tapmağın müşkülə döndüyü halda siz nədən danışırsınız? İndi spirt qızıldan dəyərli olub. Oqtay Çirəliyev anlamır ki, spirt aptekdə yoxdur, olanda da bir ədəddən çox vermirlər.
Ən nəhayət, bir də Oqtay Şirəlyev başda olmaqla Səhiyyə Nazirliyində çalışan vəzifəli şəxslər sadə azərbaycanlıları, əhalini açıq şəkildə küçədə gecələyən əyyaş yerinə qoyub ki, onları aptekdə tapılmayan spirti içməkdə günahlandırır? Onlara xatırlatmaq lazımdır ki, ölkədə spirtli içkilərin qiyməti qalxmayıb. Bir də bura İran deyil ha, içmək istəyənlər bütün marketlərdə kifayət qədər ucuz olan içkiləri ala bilirlər.
AzToday.az
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2020, 10:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2020, 10:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52