reklam
Regionxeberlericom.az » Gündəm » Ceyhun Bayramov prorektoru işdən çıxardı - Deyirlər, özü ərizə yazıb...

reklam

Ceyhun Bayramov prorektoru işdən çıxardı - Deyirlər, özü ərizə yazıb...


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib.

regionxeberlericom.az Oxu.Az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib.

O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib:

“A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə olunur. Bu ilin yanvarında Türkiyədə əməliyyat olunduqdan sonra o, gərgin iş rejimində çalışa bilməyəcəyini bildirib. A.Xəlilov işdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və onun xahişi təmin olunub”.

DİA.AZ xatırladır ki, yerli saytlarda Adilxan Xəlilovun işdən çıxarılması ilə bağlı fərqli iddialar səslənib. Həmin iddialarla bu linkdəki yazıdan tanış ola bilərsiniz:

http://www.dia.az/8/243300-mustafa-babanlinin-arzusu-ureyinde-qaldi.html


Paylaş:


Müəllif : Tarix:
31-03-2020, 12:05
Sikayət   


loading...
Загрузка...