reklam
Regionxeberlericom.az » Gündəm » Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı... - İLGİNC

reklam

Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı... - İLGİNC

Bir müddət əvvəl yerli KİV-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovla bağlı ilginc məqalə dərc edildi. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, olduqca ağır ittihamlar səslənsə də, nədənsə Cavid Qurbanov və onun yaxın çevrəsi bu məsələ ilə bağlı susmağa üstünlük verdi. Amma açıqlanan faktlar olduqca ciddi olmaqla yanaşı, həm də QSC sədrinə qarşı hüüuqi məsuliyyət də yaratmaqda idi.

Həmin ittihamlarda deyilirdi ki, C.Qurbanovun 1995-ci ildə prezident Heydər Əliyev tərəfindən “işində yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə” “Azəravtoyol” DŞ-nin sədri vəzifəsindən azad edildikdən sonra barəsində başlanan cinayət işinin və sonrakı proseslərin detallarından bəhs edilən yazıda çox ciddi məsələlər əksini tapıb. Belə ki, 24.saat.org-un yazdığına görə, həmin vaxt Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən axtarış elan edilib. Bir müddət Rusiya Federasiyasında gizləndikdən sonra həmin vaxt Baş Prokuror işləyən Eldar Həsənova edilən, əslən Kəlbəcər rayonundan olan bir neçə nüfuzlu şəxsin xahişi nəzərə alınaraq, axtarış götürülüb. Bundan sonra ölkəyə geri qayıdan Cavid Qurbanov bir müddət işsiz qalıb və sonradan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin tabeçiliyindəki tikinti trestlərindən birinə müdir vəzifəsinə təyin edilib.

Bu vəzifədə işləyərkən dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinib. RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş “Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə “Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilib və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq “pay” ünvana çatdırılmayıb.

Məsələ hətta dünyanın tanınmış “mafiya babaları” səviyyəsində müzakirə mövzusu olub. Çirkli pul olduğu üçün məsələnin hüquq-mühafizə orqanları müstəvisində həlli mümükünsüz olması səbəbindən Eldar Məmmədov cinayət aləmində həmin vaxt tanınmış simalardan olan “Naxçıvanlı Kəramət” vasitəsi ilə Cavid Qurbanova təzyiq etdirməyə başlayıb. “Razborka” üçün görüş də təyin edilib. Məşhur “40 pilləkən” deyilən ərazidə problemli tərəfi gözləyən Eldar Məmmədov və “Lotu Kəramət” Qurbanovun həmin söhbətə tək deyil, gənc bir oğlanla gəldiyini görür.

Söhbət bir neçə dəqiqə keçməmiş silahlı insidentə çevrilir və ora gətilirən həmin gənc oğlanın tapançasından açdığı güllə ilə Kəramət yaranalır. Məsələyə müdaxilə edən hüquq-mühafizə orqanları Kəraməti və həmin gənc oğlanı həbs edirlər. Həmin bu şəxsin barəsində Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham elan olunur. Ancaq yazıda adları qeyd olunan himayədarları sayəsində o, məhkəmənin qərarı ilə psixi müalicəyə göndərilərək məsuliyyətdən azad olunur.

Kəramət Məmmədovu yaralayan həmin oğlanın əslən Lənkəran rayonundan olduğu və bir neçə il sonra isə “oğru dünyası”nın önəmli simalarından birinə çevrildiyi iddia olunur.

Həmin 14 milyon manat vəsait isə Cavid Qurbanov və əhatəsində bu işi görmüş şəxslər arsında bölünərək, Eldar Məmmədova heç 1 qəpik də verilmir.

DİA.AZ bildirir ki, yuxarıda səslənən ittihamların nədən Cavid Qurbanov tərəfindən cavabsız buraxıldığı əslində hər kəsə aydındır. Çünki veriləsi cavab yoxdur, sadəcə olaraq daşınılacaq məsuliyyət yükü var...

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
7-04-2020, 11:21
Sikayət   


loading...
Загрузка...