reklam
Regionxeberlericom.az » Gündəm » Tramp yenidən əhaliyə birbaşa yardım vermək istəyir

reklam

Tramp yenidən əhaliyə birbaşa yardım vermək istəyir


ABŞ prezident administrasiyası koronavirus pandemiyası dövründə əhaliyə yenidən birbaşa yardım etmək üzərində işləyir. Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə keçirdiyi birifinq zamanı deyib.

Prezident məsələnin “çox ciddi şəkildə” müzakirə olunduğunu bildirib: “Biz əhaliyə ödənişləri ikinci dəfə də həyata keçirə bilərik. Mən bunu birbaşa federal hökumətdən edərdim, nəinki ştatların hakimiyyətləri vasitəsilə”.

Tramp qeyd edib ki, birinci dəfə ödənişlərin verilməsi prosesindən narazı qalıb. Belə ki, birinci dəfə pullar federal büdcədən ştatların hökumətlərinin büdcəsinə köçürülüb, oradan isə əhaliyə paylanıb. Prezidentin sözlərinə görə, bəzi ştatlarda avadanlıq və kompüterlər köhnə olduğuna görə pulların əhaliyə çatdırılması prosesi çox uzun çəkib.

Xatırladaq ki, pandemiyadan zərər çəkən vətəndaşlara 1200 dollar birbaşa yardımı da nəzərdə tutan dəstək paketini D.Tramp martın 27-də imzalayıb.


Paylaş:


Müəllif : Tarix:
7-04-2020, 12:00
Sikayət   


loading...
Загрузка...