Koronavirus və Naxçıvan: Maraqlı məqam var - GƏLİŞMƏ
Azərbaycanda paytaxt və bölgələr üzrə koronavirusa (COVID-19) yoluxma statistikası açıqlandı. Bildirildi ki, Bakıda 149, Lənkəranda 18, Cəlilabadda 15, Salyanda 12, Qusarda 9, Tovuzda 5, Neftçalada 4, Astarada 3, Naftalanda 3, Daşkəsəndə 3, Füzulidə 3, Xaçmazda 3, Zaqatalada 3, Ucarda 3, Ağdamda 2, Ağdaşda 2, Qubada 2, Masallıda 1, Siyəzəndə 1, Xızıda 1, Qəbələdə 1, Tərtərdə 1, Qaxda 1, Qazaxda 1, Biləsuvarda 1 koronavirusa yoluxma halı qeydə alınıb.
Maraqlıdır ki, ilk rəqəmlərdə ən riskli bölgələrdən olan Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma faktı qeydə alınmadığına şahid olduq. İki gömrük qapısından biri koronavirusun ən çox təhlükəli olduğu ölkələr qrupuna aid İrana, digəri isə Türkiyəyə açılan Naxçıvanda virus ancaq dünən aşkarlandı - cəmi 18 nəfərdə. Qəribədir, elə deyilmi? Elə ona görə də, hər kəsi, eləcə də bizi düşündürən bu məsələyə AYNA tutmağa çalışdıq.
Əslən Naxçıvandan olan filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Əpoş Vəliyev düşünür ki, hər gün sərhədlərindən yüzlərlə insanın keçdiyi Naxçıvanda yoluxmanın çox az sayda qeydə alınmasının səbəbi çox sadədir: “Artıq uzun illərdir ki, insanlar bütün qayda-qanunlara tabe olur, küçə və parklar, binaların həyəti hər gün təmizləyici texnika ilə təmizlənir, zibillər küçələrdə qalaqlanmır, yağışdan sonra üfunət iyi verən gölməçələr yaranmır. Hər il iməclik edilərək minlərlə ağac əkilir, yaşıllıq zolaqları salınır. Binaların həyətində insanların istirahəti üçün nəzərdə tutulan boş ərazilərdə hündürmərtəbəli bina tikilmir, sakinlərin istirahəti üçün kiçik park halına salınır. Marşrut avtobusları elə intervalla hərəkət edir ki, sıxlıq yaranmır”.
“Valideynlərim və bir çox yaxın qohumlarım hal-hazırda Naxçıvanda yaşayırlar. Koronavirus ölkəmizdə yayılmasaydı, martın 25-də Naxçıvana yola düşəcək, qardaşım üçün 28 martda toy edəcəkdik. Amma koronavirusun ölkəmizdə yayılması planımızı pozdu, qardaşımın toyu təxirə salındı. Ailəmi Naxçıvana göndərmək istəsəm də, mümkün olmadı. Əslində, Naxçıvandakı qayda-qanunun və təmizliyin şahidi olduğumdan, ailəmin oraya gedərək karantin müddəti bitənə kimi orada qalmasını istəyirdim. Hər gün oradakı qohumlarımızla əlaqə saxlayırıq. Onlardan öyrəndiyimə görə, Naxçıvanda bütün idarə, qurum və təşkilatlar verilən bütün tapşırıqlara ciddi şəkildə əməl edir”, - deyə Ə.Vəliyev vurğulayıb.
Müsahibimiz onu da qeyd edib ki, koronavirus təhlükəsi başlayandan Naxçıvanda hər gün bütün küçələr, binaların girişi, işləməsi zəruri olan market və apteklərin içərisi və qarşısı ciddi şəkildə dezinfeksiya olunur: “Heç bir kafe, restoran, çayxana gizli fəaliyyət göstərmir, marketlər daha çox evə çatdırma sifarişi qəbul edir. İnsanlar zərurət yaranmadıqca evdən çıxmırlar. Üstəlik, tənha və 65 yaşdan yuxarı insanlara evində xidmət göstərilir. Və ən əsası, görülən təxirəsalınmaz, zəruri tədbirlər reklam üçün, çəkiliş üçün edilmir, publikaya oynanılmır, insanların yoluxmaması, sağlam olması üçün edilir”.
Adının açıqlanmasını istəməyən həkimlərimizdən biri isə statistik rəqəmlərin həqiqəti əks etdirmədiyini düşünür: “Naxçıvanda səbəblər belədir: Birincisi, Vasif Talıbov Belarus yolu gedir, amma Belarusda 3 gün əvvəl 200-dən çox xəstə və 1 ölüm vardı. Yəni olsa belə, deməyəcəklər. Bizdə də ölünü yardırmaq məsələsi yoxdur. İkinci səbəb odur ki, Naxçıvanda qış aylarında heç əhalinin 30%-i qalmır. Qışda, demək olar ki, qocaların çoxu Bakıya - uşaqlarının yanına gəlir. Yəni real olaraq orada indi heç 200 min adam da yoxdur. Üçüncü səbəb, orada test və laboratoriya analizi aparılan yer yoxdur, bu, dəqiq məlumatdır. Ona görə də orada koronaviruslu xəstələrlə bağlı rəqəmlərin həqiqəti əks etdirməsi şübhəlidir”.
“Naxçıvan camaatı genetik olaraq çox sağlam və özünə güvənəndir. Kimsə xəstələnsə, ya evdə müalicə alacaq ya da xəstəxanada sistem qoşdurub məsələni həll edəcək. Həmçinin əhalinin 90%-i həddindən çox kasıbdır, buna görə də xəstələnsələr belə, həkimə gedəsi deyillər”, - müsahibimiz vurğulayıb.
Həkim, həmçinin tək Naxçıvanla bağlı yox, ümumi göstəricilərin də təzadlı olduğunu qeyd edib: “Necə olur ki, 500 min əhalisi olan, 3 metrostansiya, 4 ticarət mərkəzi, 2 bazarın yerləşdiyi və əhalisinin çoxu kasıb olan Nizami rayonunda 2 adam koronavirusa yoluxub, amma əhalisinin sayı 50 min nəfər olan və yaxşı yaşayan Səbail rayonunda 10 yoluxma qeydə alınıb. Demək, hamı evdə müalicə alır”. //ayna.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:8-04-2020, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-04-2020, 10:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56