Nazirlik bu dəyişikliyi etməsə, daha yaxşıdır: - ƏƏSMN yenə yarımçıq iş görür
Azərbaycanda koronavirus pandemiyasının iqtisadiyyata və vətəndaşlara vurduğu zərərin aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən proqramlardan biri geniş ictimai rezonansa səbəb oldu. Söhbət işsiz vətəndaşlara ölkə üzrə yaşayış minimumu həcmində - 190 manat müavinətin verilməsini nəzərdə tutan proqramdan gedir.
Proqramla bağlı ilkin məlumatlar açıqlanandan sonra başlanan proseslər göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə işi düzgün qura bilmədi. Belə ki, ilk əvvəl müavinətin 200 min şəxsə ödənəcəyi elan olundu. Məlum oldu ki, nazirliyin məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərin sayı bundan 3 dəfəyə yaxın azdır. Nazirlik bəyan etdi ki, apreldən etibarən işsiz kimi qeydiyyata düşən şəxslərə də müavinət veriləcək. Və bütün ölkə boyu işsiz şəxslərin nazirliyin elektron sistemində qeydiyyat üçün çalışmaları başladı. İki gündən sonra görəndə ki, müraciətlərin sayı yüz minlərlədir, nazirlik yeni-yeni şərtlər irəli sürdü: ər və ya arvaddan biri işləyirsə, digərinə müavinət düşmür, yaxud əra-arvaddan yalnız birinə düşür, adına pay torpağı olana verilməyəcək və sair. Nazirlər Kabineti 190 manatın kimə veriləcəyinə dair qaydalar da qəbul etdi...
Daha sonra isə ictimai təzyiq qarşısında qalan ƏƏSMN bir sıra şərtləri kənara qoymağa məcbur oldu. Nazir Sahil Babayevin mətbuata verdiyi məlumatdan bəlli oldu ki, hökumət “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişikliklər hazırlayıb: “Əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi”. O bildirib ki, bununla bağlı silsilə tədbirlər hazırlanır: “Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxsə də işsizlikdən sığorta ödəniləcək. Hesab edirik ki, təkcə bu il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq”.
Qeyd edək ki, Azərbaycanda işsizlikdən sığorta haqqı istisnasız olaraq bütün muzdlu işçilərin əmək haqqından ödənir. Lakin yığılan vəsaitdən çox məhdud çərçivədə insanın yararlanmasına imkan verilir. Bu məsələ artıq 3 ilə yaxındır müstəqil mütəxəssislər tərəfindən kəskin tənqid olunur. Onlar qanunvericiliyin dəyişdirilməsini təklif edirlər. İndi hökumət işsizlikdən sığorta haqqı ala biləcək vətəndaşların sayını artırmaq üçün qanunvericiliyə dəyişiklik edir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun AFN-ə dediyinə görə, əsas dəyişikliklər “İşsizlikdən sığorta haqqında” qanuna edilməlidir: “Ona görə ki, layihəni hazırlayanlar ora məqsədli şəkildə 13.1-ci maddəni əlavə ediblər. Həmin maddəyə görə, ildə uzağı min nəfər tapılan ki, sosial sığorta ödənişi alsın. Çünki belə ödəniş yalnız hüquqi şəxs ləğv edildikdə, yaxud ştatlar ixtisar olunduqda verilir. Birinci absurd budur ki, bəlkə işverən hüquqi deyil, fiziki şəxsdir? İkincisi də Konstitusiyamızda yazılıb ki, işsiz şəxslərin dövlətdən yardım almaq hüququ var. Orada yazılmayıb axı yalnız ixtisara düşən işsizlərin belə hüququ var? Bu, absurd bir maddədir. Ona görə də İşsizlikdən Sığorta Fonduna yığılan 150 milyon manata qədər vəsaitin cəmi bir neçə milyonu işsizlikdən sığorta haqqı kimi ödənilirdi. Böyük bir qismi yönəldilirdi özünüməşğulluq proqramına, bir də Məşğulluq Xidmətinin saxlanmasına. Azərbaycan çox nadir ölkədir ki, dövlət orqanı vətəndaşların ödədiyi sığorta haqqı hesabına saxlanır. Bu il Məşğulluq Xidmətinin saxlanmasına 43 milyon manat nəzərdə tutulub. Bu kimi səbəblər üzündən ictimaiyyət qanunla bağlı ciddi narazılıq ifadə edir. İndi nazirlik onu dəyişmək istəyirsə, bu, çox yaxşı haldır”.
Liqa rəhbəri bildirir ki, nazirlik işsizlik sığortası alacaq şəxslərin dairəsinə bir sıra şəxslər yenə daxil edilməyəcək: “Məsələn, attestasiyadan keçməyib – kvalifikasiyası uyğun gəlməyib, əmək müqaviləsinə xitam verilib. Yaxud ilk dəfə işaxtaran, 2-3 il işləməyən şəxslərə, əmək şəraitinin şərti dəyişdiyinə görə işsiz qalanlar niyə müavinət ala bilməzlər? Yəni görünən budur ki, yenə yarmçıq etmək istəyirlər. Bundansa, heç dəyişikli etməsələr daha yaxşıdır”.
S.Məmmədov hesab edir ki, işsizləri müəyyənləşdirmək kriteriyaları da dəyişdirilməlidir: “Biz dəfələrlə bunu deyirik. Ölkədə az qala 1 milyona yaxın kənd təsərrüfatı təyinatlı torpağı olan ailə var. Buna görə bütün ailə üzvləri avtomatik məşğul kimi qeydə alınır. Yaxud kimsə uzun müddətə ölkəni tərk edibsə, məşğul sayılır. Ümumiyyətlə, hökumətin açıqladığı 4,9 milyon məşğul şəxslərdən yalnız 2 milyona qədərinin yeri məlumdur, qalanının harada işlədiyi, yaxud işləmədiyi məlum deyil. Bu statistika ciddi şəkildə dəqiqləşdirilməlidir”.
İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, hökumətin böhranla bağlı dəstək paketinin müzakirəsində hamı haqlı olaraq çox vacib problemə diqqət çəkir - rəsmi işi və qazancı olmayanlar sosial dəstəkdən kənarda qalırlar: “Amma çox vacib bir məqam diqqətə alınmır - problemin tək səbəbi məşğulluğun qeyri-rəsmi olması deyil. Həm də etiraf olunmayan qeyri-rəsmi, gizli işsizlikdir. Ölkədə 3 milyon qeyri-rəsmi iş yeri ola bilməz. Belə çıxır ki, hər 1 rəsmi iş yerinə 2 qeyri-rəsmi iş yeri düşür. Statistikanı qoyuram kənara - o görməyə bilər (ya da hansısa səbəbdən görmək istəməyə bilər).
Axı bu qədər iş yeri olsa, ən azından bizim yanımızda olmalıdır, gözümüzün qabağında olmalıdır, çoxlu sayda dostlarımız, tanışlarımız, qohumlarımız orda işləməlidir. Halbuki mən öz ətrafımda işləməyən, işi olmayan, işləmək istəsə belə ixtisasına, peşəsinə uyğun işi illərdir tapa bilməyən nə qədər insan tanıyıram. Amma bunların heç birini statistika rəsmi işsiz kimi uçota almır. Hamısı həmin o qeyri-rəsmi məşğullar statistikasındadır. Hökumət üçün rəsmi işszilərin sayının çox olmasındansa, qeyr-rəsmi iş yerlərinin sayını çox göstərmək siyasi baxımdan daha əlverişlidir.
Fərz edək ki, ticarətdə, xidmətdə, tikintidə qoy olsun 300-500 min, lap 1 milyon nəfər uçotsuz çalışan. Bəs yerdə qalan 2 milyon nəfər hanı? Qeyri-rəsmi iş yerlərinin bu qədər nəhəng sayda olacağına dair heç bir arqument inandırıcı görünə bilməz.
Əsas səbəb - ölkədə etiraf edilməyən böyük miqyasda işsizlikdir”.
Ekspert bildirir ki, nəhəng miqyasda işsizliyin əsas hissəsi Bakı, Sumqayıt və Abşerondan kənarda, əsasən kəndlərdə yatıb: “Qanunvericilk və ondan çıxış etməyə məcbur qalan statistikamız hətta adambaşına 10-15 sot pay torpağı olan 10 minlərlə kənd adamını ilboyu işləyən sayır. Halbuki bu gün hətta 1 hektar torpağı olan kiçik bir ailənin belə o həcmdə torpaq sahəsindən qazandığını torpaqdan gəlirlərini və becərmə xərclərini çıxdaş edib 12 aya bölsək, bəlkə də rəsmi minimum maaşın yarısı qədər gəlir əldə etdiyi üzə çıxacaq.Bir də bu şəxsin əmək qabiliyyətli yaşda olmayan 2 övladı da varsa, həmin gəlirləri onların da arasında bölün.
Yaxud tutalım ki, mənim bir əmlakım var, onu ayda 200 manata icarəyə verirəm. Bunun üçün gedib VÖEN almalıyam ki, vergimi ödəyim. 14 faiz gəlir mənbəyindən vergi ödəyirəm, indiki dərəcə ilə 62,5 manat da sosial ayırma. Yəni icarədən əldə etdiyim gəlirin yarısını dövlətə ödəyirəm. Və VÖEN-im olduğuna görə dövlət məni məşğul kimi qeydə alır. Halbuki xalis gəliri(xərcləri çıxılandan sonra əlində qalan vəsait) yaşayış minimumundan az olan məşğul şəxsi də faktiki olaraq isşiz saymaq lazımdır. Yaxud ən azı dövlət belə adamlara yoxsulluq müavinəti verməlidir”.
Ekspertə görə, daha təkmil yanaşma o olar ki, yoxsulluq əhalinin median gəlirləri əsasında hesablansın: “Median gəlirlər ədalətli orta gəlir deməkdir. Təklif edirəm ki, bir çox Avropa ölkələrində olduğu kimi, yoxsulluq median gəlirlər üzərindən hesablansın. Kimin ki, aylıq qazancı median gəlirlərdən aşağıdırsa, yoxsulluq müavinəti alsın. Azərbaycan reallığında məşğulluq nədir? Odur ki, əmək müqaviləsi ilə işləyirsə, minimum əmək haqqından aşağı maaş almamalıdır. İndi gəlin hesablayaq, 5-10 sot, 1 hektar, yarım hektar torpağı olan aylıq 250 manata çatan gəlir əldə edirmi? Hətta dövlətin verdiyi dəstəyi də hesablasaq, tutalım ki, yarım hektar taxıl əkən bir ailə 12 ayda aylıq minimum 250 manat qazanc əldə edə bilirmi? Əlbəttə ki, xeyr. Buna görə də mən təklif edərdim ki, işsiz anlayışına münasibətdə Beynəlxalq Əmək Təşkilatının meyarları tətbiq olunsun. Bizdə belədir ki, son 12 ayda 26 həftə ərzində - yəni 6 ay işləmisənsə, işsizlik müavinəti ala bilərsən. Amma Beynəlxalq Əmək Təşkilatının metodologiyasına görə, son 4 həftə ərzində işini və qazancını itirmiş şəxs işsiz sayılmalıdır. Bizim qanunvericiliyimiz bu metodologiyaya uyğunlaşdırılmalıdır. Torpağı olanlar mövsümi işçi hesab olunmalıdır. İtaliya da bizim kimi kənd təsərrüfatında çalışanlar çox olan ölkədir. Onlarda belə işləyənlərin hamısı mövsümi işçilər hesab olunur. Bizdə isə onları 12 ay məşğul kimi qeydə alırlar. Bu baxımdan, qanunvericilik təkmilləşdirilməli, kənd təsərrüfatında çalışanlara xüsusi yanaşma olmalıdır”.
R.Ağayev bildirir ki, bügünkü kritik vəziyyətdə 190 manat elə də az məbləğ deyil: “Əgər ehtiyacı olanların hamısına və pandemiyanın əhatə etdiyi bütün dövr üzrə veriləcəksə, mən bu məbləği elə də az hesab etmirəm. İndi elə vəziyyətdir ki, dövlət nəyisə verirsə, vətəndaş onu ədalətli sayıb götürə bilər. Lakin yenə də qeyd edirəm ki, ehtiyacı olanların hamısına – pay torpağı olmağı, ər və ya arvadın işləməsi, yaxud birinə verilməsi kimi məhdudiyyətlər tətbiq etmədən – verilərsə”...
Ekspert qeyd edir ki, ölkədə bütün işləyənlərin peşələr və iş yerləri üzrə dəqiq statisitkası verilməli, bütün rayonlar üzrə məşğul əhalinin iqitsadiyyatın sahələri üzrə bölgüsü açıqlanmalıdır: “Qeyri-rəsmi məşğulluq, onun leqallaşması vətəndaşın yox, hökumətin məsuliyyətidir. Əgər vergi güzəştləri və sanksiyalar belə problemi həll eləmirsə, demək, mübarizə və həll üçün reseptlər (mexanizmlər) doğru seçilməyib. Ən əsası diaqnostikası düzgün aparılmayıb. Xəstəlik sağalmırsa, mütləq və ilk öncə diaqnostikaya bir də baxacaqsan”.
AFN-in İqtisadiyyat şöbəsi
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2020, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2020, 12:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24