ALİ MƏHKƏMƏ SƏDRİNİN DƏYİŞDİRİLƏCƏYİ GÖZLƏNİLİR! – Ramiz Rzayevi kim əvəz edə bilər?
Ölkə başçısının məhkəmə-hüquq sistemində islahatları əks etdirən son fərmanı bu sahədə ciddi dəyişiklikləri nəzərdə tutur.
Daxil olan məlumata görə, məhkəmə sistemində əsaslı dəyişikliklərin kadr məsələlərində də özünü göstərəcəyi gözlənilir. Belə ki, “yuxarılar”da belə bir fikir hakimdir ki, ciddi kadr islahatı aparılmadan məhkəmə-hüquq sistemində müsbətə doğru lazımi nəticələrin əldə edilməsi çətindir.
Qeyd edək ki, artıq sözügedən fərmanın məhkəmə-hüquq sisteminə təsiri özünü biruzə verməkdədir. Bunu son zamanlar məhkəmələrdə rüşvətin demək olar ki, yığışdırılması da göstərir. Belə ki, bu sistemdəki mənbələr hakimlərin bir növ qeyri-müəyyənlik içərisində olduqlarını və baxdıqları işlərlə bağlı rüşvət, yaxud tapşırıqla qərar çıxarılmasını dayandırdıqlarını söyləyirlər. Sözsüz ki, bu vəziyyətin yaranmasına ciddi xəbərdarlıqlarla yanaşı bir müddət öncə Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun həbsi də öz təsirini göstərib. Çünki həmin hadisə ölkə rəhbərliyinin bu sahədə həqiqi islahatlar aparılmasında qərarlı olduğunun siqnalı idi.
Bununla yanaşı, ciddi kadr dəyişikliklərinin bütün məhkəmə instansiyalarını əhatə edəcəyinə dair məlumatlar var. Belə ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, hətta Ali Məhkəmənin özünün rəhbərliyində də dəyişikliklər aparılacağı gözlənilir. Bildirilir ki, sözügedən məhkəmənin hakim korpusunda yaxın zamanda Ali Məhkəmənin sədrinin dəyişdiriləcəyinə dair məlumatlar dolaşır.
Hətta 14 ildir bu vəzifədə oturan hazırkı sədr Ramiz Rzayevin yerinə kimlərin təyin oluna biləcəkləri də müzakirə mövzusudur və konkret adlar çəkilir. Məhkəmə-hüquq sistemində aparılan müzakirələ görə, Ali Məhkəmənin sədri vəzifəsində Ramiz Rzayevi əvəzləmək ehtimalı yüksək olan şəxslər bunlardır: Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli, ədliyyə nazirinin müavini Azər Cəfərov və ədliyyə nazirinin digər müavini, polis general-leytenantı Məhərrəm Əliyev. Azər Cəfərov ölkə ictimaiyyətinə bir o qədər tanış olmasa da, Əli Hüseynli və xüsusilə də Məhərrəm Əliyev kifayət qədər tanınmış fiqurlardır. Doğrudur, adıçəkilən namizədlərin hər üçü hüquqşünas olsa da, hakimlik praktikasına malik deyillər. Namizədlər sırasında Məhərrəm Əliyevin adının hallanması isə kifayət qədər ilginc görünür. Sözsüz ki, Ali Məhkəmə sədrinin təyinatı birbaşa Prezidentin səlahiyyətində olduğundan bu məsələ ilə bağlı dəqiq proqnoz vermək olmaz. Lakin istənilən halda, hakim korpusunda məhz bu şəxslərin adlarının hallanması da kifayət qədər maraq doğuran məqamdır.
Onu da qeyd edək ki, məhkəmə sistemində gözlənilən islahatların hakimlərin maaşlarına da toxunacağı bildirilir. Bəzi məlumatlara görə, hakimlərin aylıq maaşlarının 5000 (beş min) manata çatdırılacağı gözlənilir. Hazırda bu rəqəm hakimin vəzifəsindən və stajından asılı olaraq, 1500-2000 manat civarındadır.
Lakin o da maraqlıdır ki, rüşvətin yığışdırılaraq, aylıq 5000 manat maaşla əvəz edilməsi variantı hakimləri nə dərəcədə qane edəcək? Etiraf edək ki, bu suala cavab vermək kifayət qədər çətindir…(azpolitika)
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-04-2019, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-04-2019, 17:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29