reklam
Regionxeberlericom.az » Gündəm » Oğuz rayonunda şübhəli tenderlər... - İDDİA

reklam

Oğuz rayonunda şübhəli tenderlər... - İDDİA


Oğuz Rayon İcra Hakimiyyəti "Uğan” Məhdud Məsuliyyətli Cəmiyyətlə 599 min 269.45 manat dəyərində müqavilə bağlayıb.

Müqaviləyə əsasən "Uğan” MMC bu məbləğə Oğuz şəhərinin yollarını təmir etməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən Uğan MMC 14 oktyabr 2005-ci ildə dövlət qeydiyyatına alıb. Nizamnamə kapitalı 22 min 800 manat olan MMC-nin hüquqi ünvanı Oğuz rayonu Baş Daşağıl kəndidir. Uğanın qanuni təmsilçisi isə Əliyev Əmir Allahverdi oğludur.

Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Əmir Əliyev vaxtilə Oğuz rayonunda maliyyə şöbəsinin rəisi işləyib. Onun icra başçısı Eyvaz Qurbanovla isti münasibətlərinin olduğu deyilir. Görünür, bu səbəbdəndir ki, Əmir Əliyevin qanuni təmsilçisi olduğu "Uğan” MMC vaxtaşırı Oğuzun infrastruktur layihələri ilə bağlı tenderlərin qalibi olur.

Layihələrin icrasına gəlincə, mediada gedən xəbərlərə görə, "Uğan” üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Materiallarda ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyi iddia edilir. Hətta Əmir Əliyevin buna görə vəzifədən azad edildiyi deyilir.

Bəzi iddialara görə, ümumiyyətlə, sözügedən MMC icra başçısına məxsusdur. 2013-2014-cü illərdə MMC-nin fəaliyyəti ilə bağlı mediada dərc edilən materiallarda bildirilir: "2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin təmiri. İşıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox vəsait xərclənib. Lakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma, yolların təmir işlərini hayat keçirən "Uğan” MMC-yə köçürülən 1,8 milyon manat vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd olunur ki, "Uğan” MMC icra başçısına yaxın bir şəxsə aiddir”.

Maraqlıdır ki, qarşı tərəf bu iddialara heç bir reaksiya verməyib. Hər halda internet üzərindən apardığımız araşdırmalar zamanı belə bir fakt rastımıza çıxmadı. Bizə də qarşı tərəfin mövqeyini öyrənmək müyəssər olmadı. Çoxsaylı cəhdlərimizə baxmayaraq MMC-nin əlaqə telefonlarını tapa bilmədik, icra hakimiyyətindən isə zənglərimizə cavab verən olmadı.
Mənbə: Yenisabah.az


Paylaş:


Müəllif : Tarix:
18-04-2020, 11:21
Sikayət   


loading...
Загрузка...