İcra başçısının 40-cı günü – Belə töhmət olmamışdı
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edib.
“Yeni Sabah” xxəbər verir ki, bununla bağlı Qaynarinfo-ya icra başçısına töhmət verilməsinin bəzi əlavə detalları ilə bağlı məlumat daxil olub.
Məsələ burasındadır ki, icra başçısı son addımı ilə məsuliyyətsizlik nümayiş etdirib. Artıq xəbər verildiyi kimi, N.Bağırov bir neçə gün əvvəl karantin qaydalarını pozaraq bir qrup sahibkarla rayonun Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Məlumata görə, orada sahibkarlarla yanaşı, bir neçə nəfər də olub. Yəni icra başçısını dağa səyahəti zamanı sahibkarlarla yanaşı, digər şəxslər də müşayiət edib. Lakin mənbə etik cəhətdən həmin şəxslərin adlarını açıqlamadı.
İcra başçısı rayondakı karantin qaydalarına ciddi riayət etmək, bununla bağlı vətəndaşlara nümunə olmaq əvəzinə, qaydaları elə özü pozub. Halbuki yerli icra orqanının rəhbəri başçılıq etdiyi rayonda istər qanun-qaydalara riayət, istərsə də digər hərəkətlərində sakinlərə nümunə olmalıdır.
Özü də belə həssas dövrdə. Məsələ burasındadır ki, dünya ölkələrini ağuşuna alan, bir sıra dövlətlərin gizli düşmən adlandırdıqları koronavirus pandemiyası şəraitində ölkəmizdə vəzifəsindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş karantin qaydalarına ciddi şəkildə riayət etməlidir.
Şübhəsiz ki, vəzifəli şəxslər bu prosesdə öndə getməli, öz davranışları, qaydalara əməl etmələri ilə hər kəsə nümunə olmalıdırlar. Məhz belə olduqda digərləri vəziyyətin ciddiliyini anlayar və qoyulmuş qayda-qanunlara riayət edərlər.
Lakin N.Bağırovun bu addımı ona olan etimadı doğrulmadığını göstərir. Halbuki məsuliyyətsizlik, hər kəs üçün ümumi və icbari olan qaydaların pozulması daha ciddi inzibati cəza tədbirləri ilə nəticələnə bilər. Görünür icra başçısı sabiq həmkarlarının hamı üçün ümumi və zəruri olan qayda-qanunlara riayət etməmələrinin, qadağalardan kənara çıxmaların onlar üçün hansı fəsadlar törətdiyini ya unudub, ya da fərqinə varmır. Qanun və qayda vəzifəsindən, qulluq mövqeyindən, cinsindən, siyasi baxışlarından asılı olmayaraq hamı üçün eynidir. İnsan ondan kənara çıxdıqda son nəticədə özü də kənarda qalmalı olur. Sonrakı peşmançılıq isə necə deyərlər, fayda vermir.
Sonda onu da qeyd edək ki, gənc icra başçısı bu vəzifəyə cəmi 40 gün öncə- 5 mart tarixində təyin olunmuşdu.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-04-2020, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-04-2020, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55