Prezidentin ayırdığı vəsait hanı? - Qaranlıq işlərin izi ilə...
Məlum olduğu kimi, Prezident keçmiş köməkçisi Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasının ardınca Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də kresloları ilə vidalaşdılar. Həsənovun şöbəsinin də ləğv edilməsinə baxmayaraq, mətbuata nəyi, necə yazmaq barədə mübahisəli tezislər gəlməkdə davam edir (əksər hallarda bu tezislər heç hökumətə sərf eləmir).
Əsas mövzumuz başqadır. Belə ki, KİVDF rəhbərliyinin dəyişməsi ilə hər şey bitdimi? Milyonları mənimsəyən bir adamı işindən azad etdilər, vəssalam, bununla da hər sey bitdi? Bəs, bu pullar haradadır, kimərin cibindədir və onu necə qaytarmaq olar? Bir sözlə, cavablardan daha çox suallar var.
Bu barədə ötən müddətdə araşdırma aparmağa çalışmışdıq. O zaman da əsas sual cavabsız qalmışdı: Prezidentin ayırdığı vəsait haradadır?
Milli Məclisin deputatı Vahid Əhmədov bu günlərdə KİVDF-də yoxlamaların aparılmasının zəruriliyi barədə açıqlaması mövzunu yenidən gündəmə gətirib. “Hesablama Palatası mütləq Fonda nə qədər pul ayrıldığını, hara və necə xərcləndiyini öyrənməlidir. Bununla əlaqədar Milli Məclisdə müzakirələr aparılacaq. Vüqar Səfərlinin Fonda rəhbərlik etdiyi dövrdə dövlətin medianın inkişafı üçün ayırdığı vəsaitin bölüşdürülməsində də qanunsuzluğa yol verilib. Jurnalistlərə mənzillərin verilməsi zamanı da pozuntular baş verib. Belə ki, mənzillər alanların arasında jurnalistika ilə əlaqəsi olmayanlar da olub. Qanunsuzluq, hətta Fondun müəyyən bir mövzuya dair jurnalist materialları müsabiqəsi zamanı da baş verib”, - deyə deputat bildirib.
Vahid Əhmədovun qeyd etdiyi kimi, bu cür idarəetmə nəticəsində bu gün mətbuat təhqir vasitəsinə çevrilib. Əhmədov belə bir şəraitin yaranmasında günahkar hesab etdiyi konkret adamların adlarını çəkdi: Dövlət başçısının sabiq köməkçisi Əli Həsənov və tərəfdaşları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov.
Millət vəkilinin ittiham etdiyi şəxslərdən Vüqar Səfərlinin özündən bu barədə rəy almağa çalışdı. Ancaq təəssüf ki, cəhdimiz uğursuz oldu. Göründüyü kimi, Səfərli bu karantin günlərində jurnalistlərdən təcrid olunmaq qərarına gəlib.
Sonra KİVDF Müşahidə Şurasının keçmiş üzvü Müşfiq Ələsgərli ilə əlaqə saxladıq. Ələsgərli AYNA-ya dedi ki, onun Müşahidə Şurasında təmsil olunduğu dönəmdə heç bir qanun pozuntusu baş verməyib: “Mən 2009-cu ildən 2017-ci ilə qədər Müşahidə Şurasının üzvü olmuşam. Müşahidə Şurasının üzvlərini dövlət başçısı təyin edir. Vüqar Səfərli KİVDF-nin icraçı direktoru vəzifəsini icra edib və Fondun birbaşa rəhbərliyini həyata keçirib. O zaman heç bir qanun pozuntusu yox idi. Hər il Fond müxtəlif dövlət qurumlarına xərcləri barədə hesabat təqdim edirdi. Daha sonra bu hesabatlar mediada yayımlanırdı”.
Keçmiş üzv jurnalistlərə mənzillərin verilməsi barədə iddialara da cavab verib: “Mənzillərin verilməsi xüsusi komissiya tərəfindən həyata keçirilirdi. Müraciət edənlərin siyahısını hazırlanırdı və Prezident Administrasiyasına təqdim edilirdi. Müşahidə Şurasının bununla heç bir əlaqəsi yoxdur”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə, bizimlə söhbətində Vahid Əhmədovun iddialarını qismən də olsa, təsdiqlədi: “Prezidentin göstərişi ilə, jurnalistlərin mənzil problemini həll etmək üçün evlər tikilib. Məndə olan məlumata görə, bu evlərdəki mənzillər jurnalistlərlə yanaşı, jurnalistikaya heç bir aidiyyəti olmayan insanlara, o cümlədən KİVDF-də çalışan katibəyə də verilib”.
Keçmiş deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşovdan da Vahid Əhmədovun iddialarına münasibət bildirməsini istədik. Amma o, nədənsə, ittihamlara cavab vermək əvəzinə, Milli Məclisdə medianın problemlərini qaldırdığı zaman Əhmədovun ona dəstək vermədiyindən danışdı: “Mən Vahid Əhmədovu çoxdan tanıyıram və ona çox hörmət edirəm. Millət vəkili olaraq mən dəfələrlə Milli Məclisdə mətbuatın müxtəlif və aktual məsələləri barədə çıxışlar etmişəm. Hər söhbəti “Facebook” səhifəmdə paylaşmışam. Mən media sahəsində ƏDV-nin ləğvi məsələlərini dəfələrlə qaldırmışam, qəzetlərin yayılması ilə bağlı problemlər, medianın hüquqi bazasının yaxşılaşdırılması, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi və s. barədə danışmışam. Vahid Əhmədovun Milli Məclisdəki çıxışlarımda mənə dəstək verəcəyini düşünmüşəm. Ancaq təəssüf ki, bu dəstəyi görməmişəm”.
Mövzunu AYNA-ya şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, KİVDF-ə ayrılan pullar səmərəsiz istifadə olunub: “Seçilmiş qəzetlərin dəstəklənməsi, Fondun rəhbərlərinin və bəzi KİV-lərin redaktorlarının xaricə “səfərlərinə” və heç kimə lazım olmayan jurnalistika müsabiqələrinə böyük məbləğlər ayrıldı. Bu vəsaitlərin xərclənməsi ilə bağlı daha dəqiq cavabı Fondda hərtərəfli yoxlama apardıqdan sonra əldə etmək olar”.
Amaşovun parlamentdəki çıxışlarına gəlincə, Arif Əliyev bildirdi ki, keçmiş deputat bir çox hallarda "Mətbuat Şurası haqqında" xüsusi qanunun qəbul edilməsini və bu qurumun əlavə, əslində icra funksiyaları ilə təmin edilməsini istəyib: “Lakin bu da Mətbuat Şurasının əsasını təşkil edən özünütənzimləmə prinsipinə ziddir. Son 6-7 ildə Milli Məclis tərəfindən media sahəsində qəbul edilmiş qərar və dəyişikliklərə gəlincə, onların böyük əksəriyyəti məhdudlaşdırıcıdır və bu, dəfələrlə beynəlxalq təşkilatların tənqidinə səbəb olib”.
Vahid Əhmədovun qaldırdığı məsələnin nə ilə nəticələnəciyini deyə bilmərik. Amma fakt budur ki, KİVDF 2008-ci ilin iyulunda mediaya dövlət dəstəyi konsepsiyasını təsdiqləyən Prezident sərəncamı əsasında yaradıldı. Və məqsəd – ölkə mətbuatının daha keyfiyyətli fəaliyyət göstərməsinə, maddi dayaqlarının möhkəmlənməsinə, müstəqilliyinin qorunmasına yardım etmək idi. Bəs, alındımı? Ritorik sualdır!
Paylaş:
Müəllif : Yazar
Tarix:27-04-2020, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-04-2020, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01