reklam
Regionxeberlericom.az » Gündəm » Müəllimlərdən VÖEN tələb edilməsi hansı anlama gəlir? - AKTUAL

reklam

Müəllimlərdən VÖEN tələb edilməsi hansı anlama gəlir? - AKTUAL


“Evində fəaliyyət göstərən repetitorları izləmək mümkün olmayacaq. Ona görə də qərarın boşluqları var”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi repititorların fəaliyyətləri üçün VÖEN-lərinin olması məsələsinə münasibət bildirərkən qeyd edib.

Bildiyimiz kimi xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin 27 aprel tarixindən aradan qaldırılması barədə Baş Nazir qərar imzalayıb. Repititorlar da dünəndən fəaliyyətlərini davam etdirə bilərlər. Amma repititorun VÖEN-i olmalıdır.

Ümumiyyətlə repititorluğun rəsmiləşdirilməsi hansı anlama gəlir? Bu prosses dövlət məktəblərinin nüfuzuna necə təsir edəcək və faktiki olaraq Azərbaycanda pulsuz təhsilin ortadan qaldırılmasının rəsmiləşdirilməsi kimi qəbul edilə bilərmi? Həmçinin repititorların neçə faizinin VÖEN-i var və pandemiya dövründə repititordan dövlətin vergi tələb etməsi nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Verilən qərarın repetitorluğun rəsmiləşdirilməsi anlamına gəlmədiyini düşünən ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu günə qədər vergidən yayınma halları var idi. Karantin rejimi məhz bu halları üzə çıxartdı və çıxartmaqda da davam edir:

“Biz ümumiyyətlə sivil cəmiyyətləri götürsək hər birində ölkə vətəndaşları qazancları olduğu təqdirdə dövlətlərinə vergi ödəyirlər. Bizim ölkədə isə əksinədir. Yəni, Azərbaycan vətəndaşı maksimum çalışır ki, qazancını gizlətsin və dövlətə vergi vermək əvəzinə, dövlətdən yardım alsın. O cümlədən bunu repetitorluq fəaliyyəti ilə məşğul olanlara da şamil etmək olar. Bu günədək hər bir vətəndaş xüsusi gəlir əldə etdiyi sahəyə görə vergi ödəməli idi və bundan sonra əıavə qazanc əldə edən müəllimlər də dövlətə vergi ödəyəcəklər.

Nazirlər Kabinetinin Yanında Yardılmış Operativ Qərargahın 27 apreldən etibarən fərdi dərslər və repetitorluq fəaliyyətinə izacə verməsini konkret kimsə deyə bilməz ki, bu qərarda məqsəd sırf müəllimləri vergi ödəməyə cəlb etməkdir. Verilən qərara əsasən, qeyd edilən sahə üzrə fəaliyyət göstərən şəxslərin xüsusi icazəsi olmalıdır. Bu icazəni isə icaze.org.az vasitəsilə əldə etmək mümkündür. Bu zaman isə ortaya çıxan məqam odur ki, repetitorlar qeydiyyatdan keçə bilmir. Səbəb də odur ki, onlar vergi ödəyicisi deyil və ASAN imza, ASAN login vasitəsilə qeydiyyatdan keçmək imkanları yoxdur. Deməli hər hansısa müəllimin VÖEN-i varsa, onlar bu problemlə üzləşmirlər.

Dövlət bu qərarı almaqla vətəndaşının hərəkət trayektoriyasını diqqətdə saxlamağa üstünlük verir. Yəni sabah hazırlığa gedən şagirdin hansı müəllimin yanına getməsi dövlət üçün bu məqamda maraqlıdır. Çünki şagird yoluxa bilər və virus təhlükəsi ilə bağlı onun hərəkət trayektoriyasına görə təmasda olduğu şəxslərin müəyyən olunaraq karantina alınması vacibdir. Məhz bu səbəbdən yalnız icazəsi olan müəllimlərin fəaliyyətinə razılıq verilir. Şagird 8103-dən 2 indeksi üzrə icazə alaraq evdən çıxmalıdır. Yəni şagird sərbəst formada evdən çıxa bilməz.

Digər məqama gəldikdə isə qeyd edim ki, verilən qərar repetitorluğun rəsmiləşdirilməsi anlamına gəlmir. Sadəcə olaraq bu günə qədər vergidən yayınma halları var idi. Karantin rejimi məhz bu halları üzə çıxartdı və çıxartmaqda da davam edir. İndi bu rejimə görə xüsusi icazə alınması üçün tələb olunanlar içərisində VÖEN önə çıxır. Yəni vergi ödəyicisi olmaq məsələsi.

Təəssüflər olsun ki, bəziləri bunu yalnış istiqamətə yönəldərək sanki dövlətin müəllimləri qaralaması kimi təqdim edirlər. Xeyr. Əslində isə bu belə deyil. Bu yuxarıda qeyd etdiyim məqamlarla bağlıdır. Belə olan təqdirdə də dövlət repetitorluğun rəsmiləşdirilməsinə deyil də, sırf vətəndaşın sağlamlıq təhlükəsizliyi, eləcə də bundan yaranmış məqamlardan dolayı vergidən yayınma hallarının qarşısını almağa meyillidir.

Atılan addımlar isə pulsuz təhsilin ortadan qalxması demək deyil. Bu ayrıca bir proqramdır və mövcud vəziyyətlə qətiyyən əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, bu günədək dövlət xüsusi gəliri olan hər bir vətəndaşı vergi ödəməyə çağırırdı. Bir gün bu hüquqi cəhətdən tənzimlənməli idi. Və indiki duruma təsadüf etdi.

Nəzərinizə çatdırım ki, ölkədə fəaliyyət göstərən repetitorların təxminən 3-5 %-i VÖEN-ə sahibdir. Digərləri isə bu günədək vergidən yayınıblar.

Mən deməzdim ki, dövlət indi vergi tələb edir. Dövlət hər zaman vergi tələb edib və edəcək. Bunun pandemiya dövrü ilə qətiyyən əlaqəsi yoxdur. Sadəcə bütün bunların üzə çıxması icazə almaqla bağlı verilən qərara görə müəyyən olundu.

Nəhayət bildirim ki, verilmiş qərarın da çatışmayan tərəfləri var. Və burada evində fəaliyyət göstərən repetitorları izləmək mümkün olmayacaq. Ona görə də qərarın boşluqları var. Mən məsul qurumlarla dəqiqləşmə apardım və gəldiyim nəticə bu oldu ki, yenə də gözdənqaçma halları olacaq. Vergilər Nazirliyi bu məqamlar üzə çıxdığı üçün qarşıdakı vaxtlarda monitorinqlərə başlaya bilər və bu zaman vergidən yayınan şəxslərə cərimə tətbiqi qaçılmaz olacaq”.


Paylaş:


Müəllif : Tarix:
29-04-2020, 09:26
Sikayət   


loading...
Загрузка...