reklam
Regionxeberlericom.az » Gündəm » Sahil Babayevin və 190 manatın sirri!!!??? - İLGİNC

reklam

Sahil Babayevin və 190 manatın sirri!!!??? - İLGİNC



Bildiyiniz kimi, 190 manat birdəfəlik yardım 18 yaşınadək uşaqlar, sahibkarlara, muzdlu işçilərə, aylıq müavinət alanlara, ünvanlı sosial yardım alanlara, sahibkarlara, torpaq payı olanlara, subsidiya alanlara, məcburi köçkünlərə, hərbiçilərə, məhbuslara tələbələrə, pensiyaçılara verilmir. Bəs, belə olanda bu yardım kimlərə verilir? Onun verildiyi iddia olunan 600 min işsiz hardan tapılıb? Suallar budur, cavabını düzgün tapana 190 manat birdəfəlik yardım ediləcək. Buyurun, hesablayın.
Azərbaycanda 190 manatı almağa uyğun gəlməyən:

2 239 100 yaşı 15-dən az olan uşaqlar;
1 700 000 kənd təsərrüfatında çalışanlar;
1 570 000 muzdlu işçilər;
1 277 800 pensiyaçılar;
972 000 fərdi və kiçik sahibkarlar;
620 000 əlilliyi olan şəxslər;
496 557 çörək pulu alan məcburi köçkünlər;
400 400 sosial müavinət alanlar;
374 500 hərbiçilər;
340 000 ünvanlı sosial yardım alanlar;
295 700 prezident təqadçüsü olanlar;
176 723 tələbələr;
48 978 Qarabağ müharibəsi iştirakçısıları;
21 800 məhbuslar.

Cəmi: 10 533 558 nəfər.
Ölkə əhalisinin sayı: 10 060 194.
Fərq: – 426 364 nəfər.

Beləliklə ölkə əhalisi birdəfəlik yardıma uyğun gəlməyənlərdən 426 364 nəfər azdır. Sizcə, bu hesabla 600 min nəfəri hardan tapıb, birdəfəlik yardım ödəyirlər? Hələ mən siyahıya avtomobili və ya əmlakı olanları daxil etmədim. Bildiyiniz kimi onlara da birdəfəlik yardım verilmir.

Qubad İbadoğlu, iqtisadçı ekspert //aztoday.az//


Paylaş:


Müəllif : Tarix:
29-04-2020, 10:59
Sikayət   


loading...
Загрузка...