reklam
Regionxeberlericom.az » Gündəm » DTX Masallıya da girə bilər... - Gərginlik...

reklam

DTX Masallıya da girə bilər... - Gərginlik...


Dövlət Təhlükəsizlik Xidmətinin keçirtdiyi uğurlu əməliyyatlar davam edir.

Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə inansaq, bütün rayolar və məmurlar bırbaşa nəzarətə götürülüb. Əlbətdə ki, dövlət başçısının etimadını öz şəxsi mənafeyləri üçün istifadə edən və ölkə vətəndaşlarını dövlətdən narazı salan məmurlar sərt şəkildə cəzalanmalıdır. Məlum məsələdir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu “pandemiya” elan edib və bir çox ölkələrdə bu xəstəliyin qarşısını almaq üçün karantin rejimi elan olunub.

Məhz ölkəmizdə də Covid-19-a vətəndaşlar yoluxmamaq üçün dövlət başçısı lazımı addımlar atdı. Əfsüslər olsun ki, belə bir ağır gündə bəzi məmurlar öz çirkin əməllərindən istifadə etməyə səy göstərir. Dosye.org-a daxil olan məlumatda göstərilir ki, neqativ hallar ən çox Masallı rayonun da qeydə alınır.

Belə ki, Azərbaycan Respublikası Prezdentinin 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Şahin Məmmədov, rayonu özünün kəşf etdiyi qanunlarla idarə edir. Təyinatdan bir neçə gün sonra Ş. Məmmədov rayonun 20 yanvar yolun təmiri istiqamətində göstəriş verir. Onu da nəzərinizə çatdıraq ki, həmən ərazidə xeyli ticarət mərkəzləri fəaliyyət göstərir. Olduqca problemli yolun yenidən asvaltla təmir edilməsi sözün həqiqi mənasında rayon sakinləri tərəfindən alqışlandı. Necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”.

Mənbəmiz daha sonra əlavə edir ki, Şahin Məmmədov yolun təmirindən sonra elə zənn etdi ki, ərazidə ticarətlə məşğul olan sahibkarlar toplaşacaq və başçıya “şirinlik” verəcəklər. Amma dünyada baş verən hadisələrin nəticəsi məhz bütün xırda və iri ticarətlə məşğul olan sahibkarlara öz mənfi təsirini göstərdi. Btün prosesləri nəzərə almayan icra başçısı yenicə təmirdən çıxan yolun hərəkətinə qadağa qoyub. Bir sözlə, ərazidə ərzaq olmaq istəyən şəxs üzün yol qət edərək marketə gələ bilir. Bu da bir növ Şahin Məmmədovun sahibkarlardan qisas almaq üçün planıdır. Xatırladaq ki, dövlət başçısının göstərişinə əsasən ölkədə 27 fevral tarixindən xüsusi karantin rejimi yüngülləşdi. Xırda ticarət obiyektlərin fəaliyyətinə icazə verildi. Maraqlı məqam ondan ibarətdir ki, dövlət başçısının göstərişinə Şahin Məmmədov biganə yanaşır.

Başçının digər planı isə kanalizasiya xəttinin yeniləməsi olub. Məlumatda daha sonra vurğulanır ki, kanalizasiya xəttinin yenilənməsi üçün 1 metrə 30 manat pul tələb edilib. Lakin sahibkarların bir qismi başçının təklifinə etiraz edib. Onlar iddia edirlər ki, dövlət tərəfindən nəzərdə tutulan təmirlər nə üçün sahibkarların hesabına olmalıdır? Görünür, son Biləsuvar əməliyyatı Masallı RİH başçısı Şahin Məmmədovu narahat etmir. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…


Paylaş:


Müəllif : Tarix:
30-04-2020, 11:24
Sikayət   


loading...
Загрузка...