"Ag Bank"ın əməkdaşları aksiya başlattı
Bank əməkdaşlarının imza toplama aksiyasına (petisiyasına) 1500 nəfərdən çox insan qoşulub.
Başladılan petisiyanın məzmununu sizə təqdim edirik:
"Çox hörmətli Cənab Prezident İlham Əliyev və Çox hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyeva!
Bilirik ki, çox gərgin qrafikdə işləyir, Azərbaycanımıza çox böyük töhvələr verməkdəsiniz. Belə bir şəraitdə Sizi narahat etmək məcburiyyətində qaldığımız üçün çox təəssüflənir və bizi anlayışla qarşılayacağınıza səmimi qəlbdən inanırıq.
Sizə müraciətimizin səbəbi, “AGBank” ASC-nin fəaliyyətində yaranmış çətinliklə bağlıdır. Sizin dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirik.
1992-ci ildən fəaliyyət göstərən “AGBank” ASC hər zaman Azərbaycan Respublikasının siyasətini dəstəkləmiş və hər zaman Sizin qayğınızı hiss etmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, mövcud rəhbərlik altında fəaliyyətimizi davam etdirmək üçün sizdən köməklik istəyirik. “AGBank” ASC böyük bir ailədir, yüzlərlə bankımızın əməkdaşları ailələri ilə birlikdə qazanc yerinin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Demək olar ki, bütün əməkdaşlar, ipoteka krediti xətti ilə ev sahibi olmuşdur, aldıqları əmək haqqı ilə ailələrin gündəlik tələbatlarını ödəməklə yanaşı eyni zamanda həmin kreditlərin ödənişini də həyata keçirirlər. “AGBank” ASC-nin fəaliyyətinin dayandırılması əməkdaşların hər birinin iş yerlərini itirməkləri ilə yanaşı eyni zamanda evsiz qalmaqları deməkdir. Bankın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər. Bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub, onlar işçilərinin maaşlarını, dövlət ödənişlərini ödəyə bilmirlər. Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir. Bu məsələyə xahiş edirik diqqət yetirəsiniz.
Dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Cənab Prezidentin verdiyi qərarlar “AGBank” ASC-nin bütün əməkdaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiririk.
Hörmətli Mehriban xanım siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda “AGBank” ASC ailəsinə ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz və vitse-prezidentimiz var. Bunları dərk edərək yaranmış vəziyyətlə mübarizədə Sizin dəstəyinizin çox vacib olduğunu hamımız dərk edirik və bizə dəstək olmağınızı Sizdən xahiş edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Biz Sizə ürəkdən heyranıq və Sizin liderlik qabiliyyətinizə hörmət edirik".(komersant)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2020, 22:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-05-2020, 22:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32