reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda məmurların həbs dairəsi genişlənir – Yeni tələblər

reklam

Azərbaycanda məmurların həbs dairəsi genişlənir – Yeni tələblər


İcra başçıları həbs edilən rayonların hüquq-mühafizə orqanları rəhbərlərinin də məsuliyyətə cəlb olunması gündəmə gəlib.

regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında onların da məsuliyyət daşıdığını bildirib. “İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”, - deyə o, vurğulayıb.

Siyavuş Novruzov fikrini belə əsaslandırıb ki, hüquq mühafizə orqanlarının rəhbrələri həmin rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. “Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, - deyə o əlavə edib.

DTX indiyə qədər 4 rayonun rəhbərini vəzifə başında həbs edib. Bunlar Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyevdir. Bundan başqa DTX Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovu da həbs edib.

Həbs edilənlər əsasən rüşvət və korrupsiyada ittiham olunurlar. Hakimiyyət düşərgəsinə yaxın şəxslər bildirir ki, həbslərdə əsas məqsəd Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salan məmurları zərərsizləşdirmək, eyni zamanda idarəetmədə rüşvət və korrupsiyanın qarşısını almaqdır.

Prezident çıxışlarında prosesin davam edəcəyini bildirdiyinə görə belə mülahizələr irəli sürülür ki,daha bir neçə rayonun rəhbəri həbs edilə bilər. Həmçinin ehtimal olunur ki, həbs dalğası nazirlərə də çata bilər.

Siyavuş Novruzovun bu gün etdiyi çıxış isə hüquq-mühafizə orqanlarının da prosesdən kənarda qalmayacağını düşünməyə əsas verir.


Paylaş:


Müəllif : Tarix:
5-05-2020, 16:27
Sikayət   


loading...
Загрузка...