reklam
Regionxeberlericom.az » Gündəm » Elçin Əlibəylidən şikayət var: “Verilişə dəvət etdiyi qonağı aşağılayır”

reklam

Elçin Əlibəylidən şikayət var: “Verilişə dəvət etdiyi qonağı aşağılayır”


Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Rasimoğlu "Space" telekanalının rəhbəri Vaqif Mustafayevə müraciət edib.
Şair son zamanlar adıçəkilən televiziyanın "El bizim, sirr bizim" verilişinin əməkdaşı Elçin Əlibəylinin efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun verilişə dəvət etdiyi qonaqlarla qeyri-etik ünsiyyət vasitəsi seçdiyini və telekanal rəhbərliyinin bununla bağlı ölçü götürmələrini hesab edib.
regionxeberlericom.az Cebhe.info-a istinadən Emil Rasimoğlunun Vaqif Mustafayevə ünvanlanan çağırışını təqdim edir:

“Sözüm "Space" TV-nin rəhbəri Vaqif Mustafayevədir. Vaqif müəllim, siz rəhbəri olduğunuz telekanaldakı verlişləri izləyirsinizmi? Bir az da dəqiq desəm, məlum kanalda yayımlanan "El bizim, sirr bizim" verilişində aparıcı Elçin Əlibəylinin efirdən qeyri-etik ifadələrlə çıxışlarından xəbərdarsınızmı? Əgər həmin verilişin efirə gedən bütün saylarına ardıcıl olaraq nəzər salsanız bunun şahidi olarsınız. Şahidi olarsınız ki, Elçin Əlibəyli dəvət etdiyi qonağı hansı dərəcədə aşağılayır. Hansı səviyyədə müzakirələrin açılmasına yol verir. Hələ jurnalist mövqeyinə əməl etmək bir yana, şəxsiyyəti alçaldıcı ifadələrlə xalqın qarşısında çıxış etmək, bəsit müzakirələr açmaq hansı efir mədəniyyətinə, jurnalist, ziyalı baxışına xasdır? Yəni bu qədərmi dərəbəylikdir? Bu qədərmi nəzarətsizlikdir? Bəs, siz hara baxırsınız, sayğılı Vaqif müəllim? Bununla xalqa nə vermək olar? Axı olmaz. İnanıram ki, Azərbaycan xalqının ziyalısı kimi, telekanal rəhbərliyi olaraq ölçü götürəcəksiniz”.
Bununla bağlı olaraq Elçin Əlibəyli saytımıza açıqlamasında bu sözləri deyib: “Vallah, nə çağırış edir, özü bilər. Mənə maraqlı deyil”.


Paylaş:


Müəllif : Tarix:
5-03-2019, 11:11
Sikayət   


loading...
Загрузка...