reklam
Regionxeberlericom.az » Gündəm » Qax sakinləri də öz başçılarından giley edir və... - Rayonlarına yoxlama göndərilməsini istəyirlər

reklam

Qax sakinləri də öz başçılarından giley edir və... - Rayonlarına yoxlama göndərilməsini istəyirlər

"Aprelin 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevin bu vəzifədə çalışmasının 10 ili tamam olub. Bir icra başçısının fəaliyyətinə qiymət vermək üçün kifayət qədər böyük zaman kəsiyidir. Həm də ona görə yetərli vaxtdır ki, bir məmur olaraq xalq arasında hörmət qazna biləsən. Amma..." regionxeberlericom.az bildirir ki, bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: "Qaxın icra başçısı nədənsə hörmət qazanmağı yox, camaatda narazılıq yaratmağı üstün tutub və bu bgün də belə davam edir. Dövlətimizin bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığı və bu zaman xalqa dəstək verdiyi bir ərəfədə Qaxda dövlətin əhaliyə qayğısı demək olar ki hiss olunmayacaq dərəcədədir.

Bu gün biz Qax camaatı ölkədə baş verənləri diqqətlə izləyirik. Şahidlik edirik ki, hörmətli Əli Nağıyev cənablarının rəhbərliyi altında Dövlət Təhlükəsizlik Xidməti həqiqətən də xalqın ürəyindən keçən addımları atır, camaatın dövlətə olan etimadını daha da möhkəmləndirən fəaliyyət nümayiş etdirir. Hər halda bütün bunlar dövlətimizin lideri, Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq bütün Azərbaycan xalqı, o zümlədən qaxlılar tərəfindən alqışlanmaqdadır.

Amma biz bu baş verənlərin fonunda Qaxdakı hazırki şəraitdən - İcra başçısı ilə yerli sakinlər arasındakı böyük uçurumdan, məmur özbaşınalığından, rüşvət və korrupisyada yetərincə yorulduğumuzdan Qax RİH rəhbəri Musa Şəkiliyevin də fəaliyyətinə eyni qaydada DTX tərəfindən qiymət verilməsini arzulayırıq. İnanırıq ki, dövlətimizin müvafiq səlahiyyətli qurumlarının rəhbərləri çoxdandır Qax camaatının gözlədiyi bu qərarı verəcək və bizim rayon da 12 illik zillətdən qurtulacaq".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...





Paylaş:


Müəllif : Tarix:
7-05-2020, 11:59
Sikayət   


loading...
Загрузка...