Həbs dalğası nazirliklərə çatdı: Kötüklər tərpədilir
Rüşvət və korrupsiayaya qarşı mübarizə çərçivəsində həyata keçirilən həbslərin daha yüksək vəzifəli şəxsləri də əhatə edəcəyi bildirilirdi.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov nazir və komitə sədrlərinin də həbs oluna biləcəyini demişdi. Digər tərəfdən, hər dəfə hansısa rayonun icra başçısı həbs ediləndə ictimai müzakirələrdə bu tip əməliyyatların nə üçün nazirliklərdə aparılmadığı barədə suallar verilirdi. Artıq növbə nazirliklərə də çatıb.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Bu barədə qurum rəsmi açıqlama yayıb. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - deyə açıqlamada bildirilir.
Qeyri-rəsmi məlumatlara görə, əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov saxlanılıb. Bu məlumatı əksər ciddi media quruluşları yaydığından və təkzib olunmadığından Rafiq Bayramovun saxlanılması xəbərinin səhih olduğunu düşünmək olar.
DTX-nın bu dəfə icra hakimiyyətinin deyil, daha yuxarı instansiya olan nazirliyin qapısını döyməsi başlanan prosesin ciddiliyindən xəbər verir. Əgər icra başçılarının həbsini kosmetik, korrupsiayaya qarşı müabrizənin imitasiyasi hesab etmək olardısa, artıq həbs dalğasının nazirlikləri əhatə etməsi bütövlükdə idarəçilik sisteminin dəyişdirlməsi prosesinə start verildiyini göstərir.
Əslində, Prezident İlham Əliyev çıxışlarında bunun mesajını verib. Həbs edilən icra başçıları haqqında sərt ifadələr işlətməsi, yeni təyin etdiyi kadrlarla görüşünü və onalara verdiyi tapşırıqları ictimailəşdirilməs ilə yeni dövrün başlandığını nümayiş etdirib. Lakin uzun illər dövləti talayan, xalqın qanını zəli kimi souran məmurların himayədarlarının dəstəyilə cəzasız qalması üzündən cəmiyyət indi baş verənləri müxtəlif konspiroloji yanaşmalarla bəzəyir.
Həqiqətən islahatlar aparıldığını, uzun illər ölkənin inkişafı qarşısında kötük dayanan məmurların sonunun çatdığına inana bilmirlər. Ölkə başçısı isə atdığı addımlarla bu inamı tədricən bərpa etməyə başlayıb. Bu baxımdan, düşünmək olar ki, həbslər davamlı olacaq. Yeni tələblərə uyğunlaşmayan məmurlar ya vəzifədən azad ediləcək, ya da həbsə göndəriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-05-2020, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-05-2020, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35