Keçmiş deputatın bankı necə çökdü?
Dünən Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən “AGBank” ASC keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur.
Keçmiş deputat “AGBank”ın Müşahidə Şurasının sədridir. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində qeyd edilib ki, səhmlərin 33.57 faizi Çingiz Əsədullayev və ailəsinə məxsusdur.
İddia olunur ki, bu sadəcə formalistikadır. Yəni, yerdə qalan pay da bu və ya digər formada keçmiş deputata məxsusdur.
Çingiz Əsədullayev 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən mandat qazanıb.
Çingiz Əsədullayev həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu və biznes ortağı kimi tanınır. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə iddialar var.
“Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işində “AGBank”ın da adı hallandırılırdı. Məlumat üçün deyək ki, Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilib. Mediada yayılan məlumatlara görə, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi "AGbank" vasitəsi ilə ölkədən çıxarılıb.
Təsadüfi deyil ki, Çingiz Əsədullayevin qürubu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra baş verib. Həmin vaxt Eldar Mahmudovu müdafiə edən Çingiz Əsədullayev əvvəlcə növbəti dəfə deputat olmaq şansını itirib. 2015-ci ildə keçirilən parlament seçkilərində onun namizəd olduğu 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv edilib.
Daha sonra isə “AGBank”da problemlər yaranmağa başlayıb. Və nəhayət, dünən Mərkəzi Bankın qərarı ilə onun bankınım lisenziyası ləğv edildi.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2020, 08:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2020, 08:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti