Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və pedaqoji psixologiya kafedrasının dosenti olmuş Olqa Vəlimədova deyir ki, onu bu təhsil müəssisəsindəki işindən qanunsuz çıxarıblar. Fəlsəfə doktorunun universitetdən uzaqlaşdırılmasına rəsmi səbəb kimi əmək müqaviləsinin müddətinin bitməsi göstərilib, amma özü bununla razılaşmır.
O.Vəlimədovanın sözlərinə görə, 2017-ci ilin sentyabrında universitetdən çıxarılandan bu yana heç yerdə işləmir. İş üçün hara üz tutursa, Pedaqoji Universitetlə məhkəmə çəkişməsinin olmasını əsas gətirib, rədd cavabı verirlər.
O, öncə Azərbaycan Müəllimlər İnstitutunda işləyib. Prezidentin 26 noyabr 2015-ci il tarixli sərəncamıyla bu institut Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birləşdirilib:
"2016-cı ildə rəhbərlik bütün professor-müəllim heyətinə müsabiqədən keçmək şərtiylə bir illik əmək müqaviləsi bağlamağı təklif etdi. Mənim müqaviləm 2017-ci il sentyabrın 15-də bitdi, bununla da işdən çıxardılar. Mən əmək müqaviləsinə imza atmamışam. Dekanın mənimlə ədavəti olduğu üçün belə davrandılar. Universitetin müəllimi ilə bu cür bir illik əmək müqaviləsi bağlamaq prezidentin sərəncamını kobud şəkildə pozmaq deməkdir".
O.Vəlimədova deyir ki, işsiz qaldığı müddətdə səhhətində kəskin problemlər yaranıb, ürək xəstəliyi ilə əlaqədar əməliyyata ehtiyacı var. O, işsiz qaldığı üç ilə universitetdən 30 min manat təzminat tələbiylə məhkəmədə iddia qaldırıb. Universitet rəhbərliyinin onun haqqında yalan məlumat yaydığını, işgüzar nüfuzuna zərbə vurulduğunu iddia edən müəllim buna görə də 20 min manat kompensasiya tələb edir.
Qarşı tərəf isə deyir ki, əksinə, O.Vəlimədova böhtan atır. Buna görə universitetin rektoru Cəfər Cəfərov və dekan Şəhla Əliyeva onu məhkəməyə verib, 100 min manat təzminat tələb edib. Məhkəmə kompensasiya hissəsində iddianı təmin etməsə də, O.Vəlimədovanın üzərinə müsahibə verdiyi saytda təkzib vermək öhdəliyi qoyulub.
İşdən qanunsuz çıxarıldığını deyib, 50 min manat təzminat tələb edən O.Vəlimədovanın bu iddiasını məhkəmə təmin etməyib. Qərarda da yazılıb ki, işdən qanunsuz çıxarıldığını düşünən şəxs gərək bir ay ərzində bu barədə məhkəmədə iddia qaldıraydı. O.Vəlimədova isə o müddəti ötürüb.
"Nə qədər ki, işdən çıxarılmasının qanunsuz olmasını vaxtında mübahisələndirməyib, həmin əmr də qüvvəsindədir, zərərlə bağlı iddiasını da təmin etmək mümkün deyil", - Bakı Apellyasiya Məhkəməsinin martda qəbul etdiyi qərarda yazılıb.
Onun bu qərardan verdiyi şikayət indi də Ali Məhkəmədədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2020, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-05-2020, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35