reklam
Regionxeberlericom.az » Gündəm » Salyanın keçmiş başçısı iş adamlarından aldığı pulla qızına 100 minlik maşın aldı — FOTO

reklam

Salyanın keçmiş başçısı iş adamlarından aldığı pulla qızına 100 minlik maşın aldı — FOTO


Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimovun daha bir qanunsuz əməli ortaya çıxıb. 

Tahir Kərimov Salyanın icra başmçısı olduğu dövrdə (2011-2016-cı illərdə) rayonda fəaliyyət göstərən iş adamlarını müflis etməklə yadda qalıb. 

O, rayondakı sahibkarlardan aylıq pul toplayaraq, öz ailə biznesini genişləndirməklə məşğul olub. Hətta, vəziyyət o həddə çatıb ki, Tahir Kərimov rayondan olan iş adamlarının övladları üçün təşkil etdiyi toy mərasimlərinə qatılmaq üçün əvvəlcədən pul tələb edib, pul göndərməyən sahibkarları isə elektrik verilişini dayandırmaqla cəzalandırıb. 

Əldə etdiyimiz yeni məlumata görə, Tahir Kərimov bir neçə il əvvəl Salyan rayonunun Qarabağlı kəndində fəaliyyət göstərən bir neçə iş adamından məcburi şəkildə pul alaraq, qızı üçün 100 min dollarlıq ağ rəngdə "Toyota Land Cruiser 200" model avtomobil alıb.

İş adamları Tahir Kərimova verdikləri vəsait hesabına bahalı avtomobil alınmasını sonradan bildiklərini deyirlər. 

Sözügedən məsələ ilə bağlı Tahir Kərimovun mobil telefon nömrələrinə zəng etsək də, ancaq onunla əlaqə saxlamaq mümkün olmayıb. 
 





Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 13:31
Sikayət   


loading...
Загрузка...